Azərbaycan, Rusiya Ermənistan rəsmiləri arasında görüş: Onlar nədən danışıblar?

35
(Yenilənib 21:20 12.02.2021)
Üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.

BAKI, 12 fevral - Sputnik. Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin növbəti görüşü keçirilib.

Sputnik Ermənistan xəbər verir ki, görüş videokonfrans formatında baş tutub.

Üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.

İclasda Dağlıq Qarabağ və onun ətrafında təhlükəsizlik, eləcə də regionda kommunikasiyaların bərpa olunması məsələləri müzakirə olunub.

35
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

155
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

155
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Türklər AB-nin Kipr məsələsində neytral qalacağına inanmır

14
(Yenilənib 19:57 06.03.2021)
Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.

Diplomat kiprli liderlərlə görüşdən  sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.

“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.

Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

14
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0