ABŞ Azərbaycan bayraqları

Azərbaycanın baş konsulu ABŞ-ın ermənipərəst konqresmenlərinə cavab verdi

17
(Yenilənib 12:50 12.02.2021)
Müharibə zamanı döyüş meydanında uduzan Ermənistanın uşaqlar da daxil olmaqla mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırıb.

BAKI, 12 fevral — Sputnik. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib. Məqalə fevralın 11-də ABŞ-ın "Medium" portalında dərc olunub.

Sputnik Azərbaycan xəbər verir ki, "Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər" başlıqlı məqalədə baş konsul Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq, işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqda geniş məlumat verir.

Ermənistanın son illərdə təxribatçı əməlləri barədə danışan baş konsul, ötən ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı qəfil hücuma keçdiyini bildirərək, 44 günlük müharibənin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və suveren sərhədlərini bərpa etdiyini qeyd edir.

Müharibə zamanı döyüş meydanında uduzan Ermənistanın uşaqlar da daxil olmaqla mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul "Human Rights Watch" və "Amnesty International" kimi beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırıb. Həmçinin, Ermənistanın Yaxın Şərqdən olan terrorçuları və Avropadan olan islamofob faşist qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etdiyini vurğulayıb.

Bütün bunların fonunda, baş konsul N.Ağayev sözügedən ABŞ konqresmenlərinin bütün bu illər ərzində Ermənistanın işğalçılığını, törətdiyi ağır cinayətləri, Xocalı Soyqırımını, Qarabağdakı Azərbaycan mədəni irsini məhv etməsini, məscidləri donuzxanaya çevirməsini nə üçün bir dəfə də olsun pisləmədiklərini sual edib. Həmçinin, bu Konqres üzvlərinin işğal altında olan azərbaycanlıların evlərinin dağıdılmasını, kənd və şəhərlərimizin tamamilə yer üzündən silinməsini, bütün ərazilərin minalanmasını və hazırda Ermənistanın mina xəritələrini Azərbaycanla paylaşmaqdan imtina etməsini nəyə görə susqunluqla qarşıladıqlarını soruşub.

Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlıq münasibətlərinin olduğunu və hər iki ölkənin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini qeyd edən diplomat ABŞ milli maraqlarını deyil, yalnız öz etnik maraqlarını güdən, öz maksimalist milliyyətçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına daim mane olmağa çalışan radikal erməni lobbisinin ABŞ xarici siyasətinə təsir göstərmək cəhdlərinin qətiyyətlə rədd edilməsinin zəruriliyini bildirib.

Sonda N.Ağayev hazırda Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığını və bunun davamlı sülh üçün vacib olduğunu qeyd edərək bildirib ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə olunmuş sülhü gücləndirməklə məşğul olmalıdırlar.

17
Teqlər:
cavab, Konqress, Baş konsul, konsul
ABŞ bayrağı, arxiv şəkli

ABŞ daha rejimləri devirməyəcək, xeyri yoxdur...

21
Amerikalılara televiziya ilə müraciətində Entoni Blinken qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.

BAKI, 3 mart - Sputnik. ABŞ bundan belə rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək. Çünki bunun artıq heç bir nəticəsi yoxdur. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Amerikalılara televiziya ilə müraciətində o qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.

"Ancaq biz onu bahalı hərbi əməliyyatlar və ya avtoritar rejimləri güclə yıxmaq yolu ilə təşviq etməyəcəyik. Keçmişdə bu cür taktikanı sınadıq, niyyətimizin nə qədər xoş olmasına rəğmən, bu taktika işləmədi", - dövlət katibi deyib.

Onun sözlərinə görə, Vaşinqton bunu "başqa cür" edəcək, islahat və demokratiya cəhdlərində nümunə olmaqla.

Xatırladaq ki, Münhen konfransında ABŞ prezidenti Co Bayden "Amerikanın dünya arenasına qayıtdığını" bəyan etmişdi. Onun xarici siyasətində əsas yeri isə Avropa ilə əməkdaşlıq tutacaq.

21
Teqlər:
demokrat, dünya, ABŞ

"Heç filmdə görməzsən" - azərbaycanlıların mühəndis işləri erməniləri vəlvələyə saldı

69
(Yenilənib 22:03 03.03.2021)
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Bu gün Şahverdilərdə başlanan mühəndis işləri erməniləri təşvişə salıb

BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb. 

Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb. 

"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.

Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar. 

"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.

69
Teqlər:
səngər, mühəndis təminatı, Şurnuxu kəndi, Azərbaycan, Ermənistan
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0