Xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton arasında görüş

Nazir: “Kommunikasiya xətlərinin açılışı münasibətlərin normallaşmasına xidmət edəcək”

21
Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən hər hansı səfərin qanunsuz xarakter daşıdığı və buna münasibətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

BAKI, 9 fevral — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton ilə görüşü keçirilib.

Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı səviyyəsini məmnunluqla qeyd edib.

Nazir bölgədəki cari vəziyyətdən bəhs edərək, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. Birgə bəyanatların icra olunmasının bölgədəki sülh, təhlükəsizlik, əmin-amanlıq və rifahın təmin olunması baxımından əhəmiyyəti, eləcə də bölgədə yeni əməkdaşlıq imkanları açdığı qeyd olunub. Azərbaycanın sözügedən bəyanatların icrası ilə bağlı bütün müvafiq addımları atdığı bildirilib, o cümlədən humanitar sahədə görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verilib.

Üçtərəfli bəyanatlara əsasən bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişinin bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcəyi vurğulanıb.

Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən neqativ ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə xalqlar arası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi, BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etdiyi vurğulanaraq mövcud olan yeni reallığın hər kəs tərəfindən qəbul olunmasının əhəmiyyəti qeyd edilib. Bu xüsusda, Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən hər hansı səfərin qanunsuz xarakter daşıdığı və buna münasibətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Dövlət naziri Vendi Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Qeyd etmək istərdik ki, iki ölkə arasında strateji dialoqu (ikitərəfli siyasi məsləhətləşmələr) ehtiva edən işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib. Dövlət nazirinin, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının təhsil, energetika və ekologiya nazirləri, eləcə də İçəri Şəhər Dövlət Tarixi-Memarlıq qoruğu idarəsinin idarə heyətinin sədri və Heydər Əliyev Mərkəzinin direktoru ilə görüşləri keçirilib.

21
Fəzail Ağamalı, millət vəkili

Partiya sədrləri YAP-ın qurultayı barədə: taktiki strateji qərarlar qəbul edilə bilər

5
(Yenilənib 20:15 04.03.2021)
Fəzail Ağamalı: "Milli dövlətçilik maraqlarını hər şeydən üstün tutan partiyalarla YAP-ın əməkdaşlığı hər zaman yüksək səviyyədə olub".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayının keçirələcəyi ilə bağlı xəbərlər yayılıb. Yayılan informasiyalarda o da qeyd olunub ki, bu dəfəki qurultayda partiyanın bir neçə nüfuzlu siması, keçmiş vəzifəli şəxslər partiya sıralarından uzaqlaşdırılacaq.

Cəmiyyətdə hakim partiyanın qurultayına olan maraq diqqəti digər parlament partiyalarına yönəldir. Bəs görəsən bu partiyaların YAP-ın hazırki fəaliyyətinə münasibətləri necədir? Onlar bu qurultaydan sonra YAP-ın fəaliyyətində hansı dəyişiklikləri görmək istəyirlər? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə parlament partiyasının rəsmi şəxsləri ilə danışıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, YAP ölkədə ən çox üzvü olan və eyni zamanda hakim partiya olduğu üçün burada gedən proseslər cəmiyyətdə həssaslıqla izlənilir.

Partiya sədri bildirib ki, YAP-ın bu dəfəki qurultayında zamanın tələblərinə uyğun olaraq yeniliklərin tətbiq ediləcəyini istisna etmir: "Gözlənilən dəyişikliklər Azərbaycanda gedən ictimai-siyasi proseslərə müsbət mənada təsir göstərəcək. Bu dəyişikliklərin iqtidar partiyasına və ümumilikdə idarəçilik sisteminə töhfə verəcəyini düşünürəm. YAP hakim partiya olaraq hər zaman cəmiyyətə açıq olub. YAP müxalifətdə olan partiyalarla siyasi dialoqa və əməkdaşlığa üstünlük verib. Milli dövlətçilik maraqlarını hər şeydən üstün tutan partiyalarla YAP-ın əməkdaşlığı hər zaman yüksək səviyyədə olub. Bu səpkidə hakim partiyanın təşəbbüsü ilə mühim işlər görülüb. Əminəm ki, bu ənənə və tendensiya bundan sonra da davam edəcəkdir".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, YAP onlar üçün rəqib partiyadır və qurultayın hansı məqsədlə keçirilməsi haqqında məlumata malik deyil. O qeyd edib ki, qurultay başa çatandan sonra onun nəticələrindən danışmaq doğru olar:

"Hesab edirəm ki, hakim partiya yeni dövrün tələblərinə uyğun taktiki və strateji qərarlarını qəbul edəcək. YAP-ın keyfiyyətcə müəyyən gücdə olması Azərbaycan cəmiyyətində siyasi islahatların aparılmasına ciddi təsir göstərə bilər. Hakim partiya öz daxilində gedən prosesləri daha yaxşı bilir. Yeniləşmələr müsbət istiqamətdə cərəyan edərsə, bu, ümumi vəziyyətə də təsir göstərəcək. Amma qeyd etmək istərdim ki, hər yeniləşmə müsbət effekt vermir. Yeni çağın tələblərinə uyğun dünyagörüşü yetkin olan insanların partiyada aparıcı mövqeləri tutması ölkə siyasətinə də təsir göstərəcək".

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

5
Yeni Azərbaycan Partiyasının inzibati binası

Hakim partiya dəyişiklik ərəfəsində - YAP-ın qurultayından hansı gözləntilər var?

42
(Yenilənib 16:30 04.03.2021)
Ekspert: “YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də kadr heyətində çox ciddi islahatlara ehtiyac duyulur”

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçiriləcəyi ilə bağlı xəbər yayılıb. Xəbərdə qeyd olunub ki, qurultayda partiyanın tərkibinin yenilənməsi, eyni zamanda bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılması istisna edilmir.

Sputnik Azərbaycan YAP-ın üzvü, həmçinin partiyanın Milli Məclisdəki deputatı Ramil Həsənin qurultayla bağlı fikirlərini öyrənib.

Millət vəkili deyib ki, Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.

O bildirib ki, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvü kimi daxili nizamanaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirməyə borcludur:

“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarixdə, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi və vitse-prezident Mehriban Əliyevanın xoşməramı ilə iştirak etdiyi islahatlar siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də, YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir. Bu dünyanın bütün ölkələrində belədir. İnsanlar təqaüdə çıxır, yeni nəsil gəlir. Yəni bunlar zamanın axarına uyğun olaraq cərəyan edir demək doğru olar. Partiyanın sədri cənab prezident İlham Əliyevdir və onun verdiyi qərarlar, əmrlər partiyanın strukturları tərəfindən yerinə yetiriləcək”.

Millət vəkili deyir ki, hər yerdə yeniləşmə, yerdəyişmə yaşa dolduqca insanların təqaüdə çıxması kimi proseslər baş verir və bu siyasi mühitdə də belədir: “Bu hər kəs tərəfindən normal qarşılanmalıdır və elə də qarşılanır. Ölkəmizin inkişafına uyğun olaraq bu addımların atılması öz töhfələrini verəcəkdir”.

Siyasi ekpsert Aydın Quliyev də deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. İlk növbədə rəhbər kadr heyətində dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər partiyanın rayon təşkilat strukturlarından başlayaraq, rəhbər orqanlarına qədər aparılması labüddür. Ona görə ki, ölkənin sosial-iqtisadi xidmət sferasında böyük islahatlar və dəyişikliklər baş verib.  Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərin tempindən geridə qalır. Ona görə də ölkənin ümumi islahat tempi ilə YAP-ın ayaqlaşması və bərabərləşməsinə ehtiyac var. Bu ehtiyacları da YAP-ın daxili islahatları ilə aradan qaldırmaq olar”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

42
Teqlər:
Yeni Azərbaycan Partiyasının VI Qurultayı, Yeni Azərbaycan Partiyası
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0