Londona mənzərə, arxiv şəkli

Britaniyanın Dövlət Naziri Vendi Morton Azərbaycana səfər edəcək

29
(Yenilənib 00:17 08.02.2021)
Nazir Azərbaycan Respublikası Milli Məclisinin qadın sədri ilə görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcək və Azərbaycanda qadın hüquqlarını müdafiə edən tanınmış qadın liderlərlə görüşəcək.

BAKI, 8 fevral - Sputnik. Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton 8 fevral tarixindən başlayaraq Azərbaycana iki günlük səfərə gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, nazirin səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində nazir V. Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

Səfərindən əvvəl Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri qeyd edib: “Ölkələrimizin xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələri var. COVID-19 və Dağlıq Qarabağdakı münaqişədən sonra Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafını və daha yaşıl əsaslarda quruculuq işlərinə xüsusi diqqət ayıran Prezident Əliyev və Azərbaycan Hökuməti ilə gələcək əməkdaşlıq sahələrini müzakirə etmək üçün görüşməyi səbirsizliklə gözləyirəm”.

Dövlət Naziri bildirib ki, "Birləşmiş Krallıq qadın hüquqlarının təşviqi sahəsində geniş miqyaslı səylər göstərməkdədir və mən də Azərbaycanda qadın hüquqlarını inkişaf etdirən və məişət zorakılığına qarşı mübarizə aparan ilhamverici qadın liderlərlə görüşməyi səbirsizliklə gözləyirəm. İstanbul Konvensiyasına imza ataraq qadınların qanuni hüquqlarını daha geniş şəkildə təşviq etmək üçün Azərbaycanda Qadınlar, Sülh və Təhlükəsizliklə bağlı ilk Milli Fəaliyyət Planının qəbul edilməsi istiqamətində Azərbaycan Hökuməti ilə yaxından əməkdaşlıq edirik".

Səfər çərçivəsində BK Naziri, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər və energetika nazirləri ilə də görüşlər keçirəcək və cari ilin noyabr ayında Qlazqoda təşkil olunacaq “COP26” zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.

Nazir Morton təhsil naziri ilə görüşərək “British Council”-ın ingilis dili proqramlarının gənclərin həyatına verdiyi müsbət təsiri müzakirə edəcək və qabaqcıl Birləşmiş Krallıq təhsil müəssisələrinin Azərbaycandakı məzunları ilə görüşmək üçün “British Council”-in Britaniya Məzunlarının Təltif olunması mərasiminə qatılacaq.

Nazir Azərbaycan Respublikası Milli Məclisinin qadın sədri ilə görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcək və Azərbaycanda qadın hüquqlarını müdafiə edən tanınmış qadın liderlərlə görüşəcək.

29
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

287
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

287
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Türklər AB-nin Kipr məsələsində neytral qalacağına inanmır

14
(Yenilənib 19:57 06.03.2021)
Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.

Diplomat kiprli liderlərlə görüşdən  sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.

“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.

Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

14
Bəşər Əsəd və xanımı Əsma xəstəxanada. 8 avqust 2018-ci il

Bəşər Əsəd xanımı da bu mərəzə tutulub

0
(Yenilənib 18:20 08.03.2021)
“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

BAKI, 8 mart - Sputnik. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”, - xəbərdə deyilir.

Bəşər Əsəd və həyat yoldaşının yaxşı vəziyyətdə, durumlarının stabil olduğu qeyd edilir.

0
Teqlər:
Əsma Əsəd, Suriya prezidenti Bəşər Əsəd, Bəşər Əsəd, Koronavirus, epidemiya, COVID-19