Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib

İlham Əliyev MHP-nin Şuşada məktəb tikməsinə icazə verdi

1258
(Yenilənib 12:30 02.02.2021)
İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.

BAKI, 2 fevral — Sputnik. Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

Sputnik Azərbaycan Prezidentin saytına istinadla xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, dövlətimizin başçısı rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırlatdı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini dedi.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verdi. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirdi.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirdi, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını dedi. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1258
Teqlər:
Şuşa şəhəri, MHP sədri Dövlət Baxçalı, MHP, Prezident İlham Əliyev, İlham Əliyev

ABŞ konqresmeni: Uzunmüddətli sülh bütün dünyanın marağındadır

5
ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda, 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. 1980-ci illərin sonunda Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, Xocalı faciəsinin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

5
Teqlər:
ABŞ Konqresi, ABŞ, Xocalı, Azərbaycan, Qarabağ
Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti Paşinyana qarşı çıxdı Qarşıdurmanın yeni mərhələsi başlayır

13
(Yenilənib 19:11 26.02.2021)
Fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

BAKI, 26 fevral — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Jurnalistlərin əldə etdiyi məlumata görə, bu müxalifət nümayəndələrinin Sarkisyanla görüşündən sonra məlum olub.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

13

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

0
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

0
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı