Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ilə görüşü

Cavad Zərif İranın Naxçıvanla bağlı ümidlərini dilə gətirdi

29
(Yenilənib 20:06 30.01.2021)
Cavad Zərif: "Fars Körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır".

BAKI, 30 yanvar - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olub.

Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər nazirinin Naxçıvana səfərinin bölgə dövlətlərinin birgə əməkdaşlığının təşkili ilə bağlı olduğunu vurğulayıb:

"Bölgə dövlətlərini əhatə edən səfər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında başa çatır. Ermənistanın işğalçılıq siyasətinə son veriləndən sonra bölgə dövlətləri arasında əməkdaşlığın yaradılması səfərin əsas müzakirə mövzusu olub. Təşəbbüsə və səfərə görə İran İslam Respublikasının xarici işlər nazirinə minnətdarlıq edirik. Əminik ki, bu səfərin nəticələri uğurlu olacaqdır. Təbii ki, bu da bölgə dövlətlərinin birgə fəaliyyətindən asılıdır".

İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə regional səfərini Bakıdan başlayıb Naxçıvanda bitirməsindən məmnunluğunu ifadə edib:

"Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaqdır. Elə etməliyik ki, müharibənin acı nəticələri bir daha yaşanmasın. Buna da bir-birimizlə faydalı əməkdaşlıq etməklə nail olmaq mümkündür. Bu əməkdaşlıqda və kommunikasiya yollarının birləşməsində Naxçıvan Muxtar Respublikasının çox böyük əhəmiyyəti vardır.

Beş ölkədə səfərdə olduğum zaman aparılan danışıqların nəticəsi olaraq əminəm ki, istər şimal-cənub, istərsə də cənub-qərb dəhlizləri olmaqla, gələcəkdə yaxşı əməkdaşlıq edə, telekommunikasiyalar quraraq əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıra bilərik. Bunun nəticəsində də Fars Körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır".

29
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Türklər AB-nin Kipr məsələsində neytral qalacağına inanmır

12
(Yenilənib 19:57 06.03.2021)
Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.

Diplomat kiprli liderlərlə görüşdən  sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.

“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.

Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

12
Co Bayden, arxiv şəkli

Bayden niyə hələ Ərdoğan ilə danışmayıb? - Ev açıqladı

265
(Yenilənib 18:50 06.03.2021)
Xatırladaq ki, Ərdoğan ABŞ-da keçirilən prezident seçkisində qalib gələn Baydenə təbrik mesajı göndərmişdi

BAKI, 6 mart — Sputnik. Ağ Evin sözcüsü ABŞ Prezidenti Co Baydenin niyə hələ də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurmadığı sualına cavab verib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ağ Evin sözcüsü Cen Psaki jurnalistlərə açıqlamasında Baydenin hələ də bir çox dünya liderinə zəng etməli olduğunu söyləyib: "Bayden önümüzdəki həftə və aylarda bu telefon görüşlərini həyata keçirəcək. Ərdoğan ilə də danışacağından əminəm".

Digər tərəfdən, Bayden və Ərdoğan arasındakı telefon görüşünün tarixi ilə bağlı heç bir məlumat verilməyib.

Adətən ABŞ-da prezidentlər dəyişəndən sonra Türkiyə, ilk telefon zəngi edilən ölkələr arasında yer alır. Lakin Baydenin vəzifəsinə başlamasından təxminən 50 gün keçməsinə rəğmən, Ərdoğan ilə danışıq olmayıb.

Xatırladaq ki, Ərdoğan ABŞ-da keçirilən prezident seçkisində qalib gələn Baydenə təbrik mesajı göndərmişdi: "İnanıram ki, indiyədək ölkələrimiz arasındakı güclü əməkdaşlıq və müttəfiqlik gələcəkdə də dünya sülhünə mühüm töhfələr verməyə davam edəcək".

265

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

0
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0