BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.
Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.
Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.
Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.
"Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.
"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.
Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".
BAKI, 2 mart — Sputnik. Azərbaycan Rusiyadan "S-400" zenit-raket sistemləri ala bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.
"Azərbaycanın bu və ya digər silah sistemləri almasına gəldikdə isə fikrimcə, Azərbaycan öz Hava Hücumundan Müdafiə Sistemlərinin möhkəmləndirilməsində maraqlı olacaq. Ona görə də bu məsələdə Rusiya istehsalı olan "S-400" və "S-300 v4" sistemlərinin ixrac variantının yaxşı şansları var. Azərbaycan PUA-ların alınması məsələsində Türkiyə və İsraillə əməkdaşlığa üstünlük verəcək", - deyə Korotçenko qeyd edib.
O, həmçinin vurğulayıb ki, Qarabağ müharibəsi zamanı "Bayraktar"lar özlərini yaxşı PR etdilər: "Aydındır ki, bu müharibənin nəticələri beynəlxalq silah bazarında "Bayraktar"a uğur qazanmaqda yardım edəcək. Hazırda Rusiya Qarabağda PUA-ların istifadəsi də daxil olmaqla, vəziyyəti diqqətlə analiz edir. Bildiyiniz kimi, Rusiyada PUA-ların bütün istiqamətləri üzrə iş aparılır. Strateji, zərbə PUA-sı olan "Oxotnik" (Ovçu) daxil olmaqla ağır PUA-lardan tutmuş, yüngül "Molniya" (İldırım) dronlarına qədər".
Qədim abidələrin rast gəlindiyi Suraxanı və Əmircan qəsəbələri Abşeronda ən maraqlı yerlərdən sayılır. Burada zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə olunan Atəşgah məbədi var. Suraxanı qəsəbəsinin adı toponim kimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, xanı isə mənbə, qaynaq deməkdir.
Suraxanı həmçinin neft ənənələri ilə tanınır - burada 1857-ci ildə iş adamı Vasili Kokorev tərəfindən dünyada ilk Neftayırma Zavodu tikilib.
Əmircan qəsəbəsinin ərazisində Abşeronun ən gözəl məscidlərindən biri - Murtuza Muxtarov məscidi yerləşir. Məscid XX əsrin əvvəllərində Bakı milyonçusu M.Muxtarov tərəfindən inşa edilib.
Bu məsciddən bir az kənarda daha bir memarlıq abidəsi - XIV əsrə aid Nizaməddin məscidi var. Hazırda məsciddə rekonstruksiya işləri aparılır.
Bundan əlavə, qəsəbədə dini məbədlər, onlardan biri Səkinəxanım seyid Saleh qızı Piridir. Burada din xadimlərinin məzarları var.
Əmircan qəsəbəsində tanınmış azərbaycanlı yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanov doğulub. Onun yaşadığı ev hazırda muzeydir.
Sputnik Azərbaycan-ın fotolentində Suraxanı və Əmircan qəsəbələrinin bu və digər tarixi abidələrini izləyə bilərsiniz.
Atəşgah məbədi.
Atəşgah məbədi.
Atəşgah məbədinin divarında sanskrit dilində yazı.
Əmircanda Murtuza Muxtarov məscidi.
Əmircanda Murtuza Muxtarov məscidi.
Məsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.
Əmircan qəsəbəsində məscid.
Əmircan qəsəbəsinə mənzərə.
Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).
Qoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.
Abbasqulu ağa Bakıxanovun ev-muzeyi.
Suraxanı qəsəbəsinə mənzərə.
1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.
Əmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.
Səkinəxanım seyid Saleh qızı Piri.
Əmircan qəsəbəsində dini xadimin məzarı.
Qəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.
Bakının Əmircan qəsəbəsində məhəllə.
Əmircan qəsəbəsində müsəlman məbədi.