Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli

Ceyhun Bayramov Mövlud Çavuşoğlu müzakirələr apardılar

7
(Yenilənib 17:29 26.01.2021)
Nazirlər qətlə yetirilmiş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

7
Teqlər:
telefon danışığı, Ceyhun Bayramov, Mövlud Çavuşoğlu
Yeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli

Altı partiya YAP-a qoşuldu, Siyasi Şura ləğv olundu

5
Azərbaycanda altı siyasi partiya hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb

BAKI, 5 mart — Sputnik. Azərbaycanda 6 siyasi partiya hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar bunlardır: Azərbaycan Xalq Demokratik Partiyası; Azərbaycan Kəndli Partiyası; Milli Qurtuluş Partiyası; Azərbaycan Yurddaş Partiyası; Azərbaycan Milli Hərəkat Partiyası; Azərbaycan Demokratik Sahibkarlar Partiyası.

Həmçinin YAP-ın Siyasi Şurası ləğv olunub. YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. 

5
Teqlər:
Siyasi Şura, YAP, partiya
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hikmət Hacıyev İsrailə təşəkkür etdi: "Bir həyatı xilas edən bütün dünyanı xilas edir"

4
(Yenilənib 12:15 05.03.2021)
Yaralı əsgər və hərbçilərimizə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə biz İsrail həkim komandası və İsrailin Azərbaycandakı səfirliyinə minnətdarıq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Necə gözəl hekayə. Yaralı əsgər və hərbçilərimizə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə biz İsrail həkim komandası və İsrailin Azərbaycandakı səfirliyinə minnətdarıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

"Bir həyatı xilas edən bütün dünyanı xilas edir", - deyə Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə baş çəkib.

"Bu gün mənim üçün həyəcanlı bir gündür. Səkkiz nəfər israilli həkim, tibb bacıları, texniklər və ağ geyimli mələklərin Azərbaycana gələrək 150-dən çox azərbaycanlını müalicə etdikləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzini ziyarətimi bitirdim. Bu gün tanış olduğum insanlar, bəziləri on doqquz və daha böyük fərqli yaşlarda olan insanlar mümkün olan ən yaxşı müalicəni alırlar.

İsrail həkimlərindən biri ilə danışdım. O dedi ki, dörd gün ərzində burada İsrail klinikalarında 6 ayda icra etdiyi əməliyyatlardan daha çox əməliyyat keçirib. Məhz bu bizim işbirliyimizin ruhudur. Bu, İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur.

Azərbaycandakı bu insanların sağlamlıqlarını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etmək istəyirik. İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək və daha da çiçəklənəcək", - deyə Corc Dik vurğulayıb.

4
Teqlər:
təşəkkür, Hikmət Hacıyev, Həkimlər, İsrail, Corc Dik, Azərbaycan
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı

0
(Yenilənib 13:09 05.03.2021)
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

0
Teqlər:
müəllimlər, Sinovac Biotech, vaksinasiya, Azərbaycan
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya