SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkmənistan prezidenti azərbaycanlı naziri qəbul edib

© Sputnik / Ramil SitdikovПрезидент Туркменистана Гурбангулы Бердымухаммедов, фото из архива
Президент Туркменистана Гурбангулы Бердымухаммедов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində ölkə Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul olunub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması, iki dövlət arasında enerji sahəsində əməkdaşlığın möhkənləndirilməsi, habelə bölgədə beynəlxalq tərəfdaşlığın inkişafı baxımından yüksək əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı xüsusilə qeyd olunub.

Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edən münasibətlərin müsbət dinamikasını vurğulayıb, bu xüsusda son 3 il ərzində həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərləri və imzalanmış 50-dən çox sənədi qeyd edib.

Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

Xəbər lenti
0