SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla maraqlarımız üst-üstə düşür - Vladimir Putin

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе
Президент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе - Sputnik Azərbaycan
Abunə olmaq
Putin həmçinin qeyd edib ki, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi istiqamətində aparılan işlər ikitərəfli münasibətlərə də xeyir verəcək

BAKI, 11 yanvar - Sputnik. Rusiya ilə Azərbaycan arasında mnünasibətlər çox uğurlu inkişafa malikdir, ilk növbədə bu, iqtisadiyyata aiddir. 

Sputnik Azərbaycan bildirir  ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə Moskvadakı görüşündə deyib. 

"Bu gün Rusiya ilə Azərbaycanın münasibətləri uğurla inkişaf edir, bu, ilk növbədə iqtisadiyyata aiddir. Birgə iş üzrə bir çox istiqamətlərə malikik və bu istiqamətdə, yəni iqtisadiyyatda bir çox maraqlarımız da üst-üstə düşür", - Putin deyib. 

O, həmçinin Qələbənin 75 illiyinin qeyd olunmasındakı birgə işə görə də azərbaycanlı həmkarına təşəkkür edib. 

"Bu, bizim ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün parlaq bir hadisə idi. Çünki biz o vaxtkı ümumi Vətənimizin azadlığı və müstəqiliyi üçün aparılan mübarizədə birgə iştirak etmişdik", - Rusiya Prezidenti vurğulayıb. 

Putin həmçinin qeyd edib ki, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi istiqamətində aparılan işlər ikitərəfli münasibətlərə də xeyir verəcək. 

"Bundan çıxış edirəm ki, bu tənzimləmə bizə həm iqtisadi, həm də humanitar sahədə münasibətlərimizi daha sıx, daha sistemli şəkildə qurmağa imkan yaradacaq", - Putin söyləyib.

Xəbər lenti
0