Şurnuxu kəndi

Şurnuxu görüşünün detalları - DTX açıqladı

66
Görüşlərdə Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər də müzakirə olunub

BAKI, 11 yanvar — Sputnik. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnuxu yaşayış məntəqələrində görüşlər keçirilib.

Sputnik Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak edib.

Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Eyni zamanda aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.

66
Teqlər:
görüş, Elçin Quliyev, Ermənistan Milli Təhlükəsizlik Xidməti, Əli Nağıyev, Dövlət Təhlükəsizlik Xidməti
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur"

85
"Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək".

BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən qeyd edib.

"Qarabağın müstəqilliyi Ermənistan Respublikası da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. Bizim də belə bir fikrimiz yoxdur. Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək", - deyə Lavrov qeyd edib.

Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının heç bir gizli müddəaları yoxdur.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

85
Co Bayden, arxiv şəkli

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

138
(Yenilənib 20:27 17.01.2021)
Əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.

Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

138
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0