Səfir Elin Süleymanov, arxiv şəkli

ABŞ-dakı səfirimiz: Azərbaycan ordusu heç bir zaman kilsələri hədəf almayıb

12
(Yenilənib 18:40 17.12.2020)
Ekstremist ideologiyalar, irqçi, separatçı, dindən sui-istifadə edən fikirlərin regionumuzun inkişafına heç bir faydası olmayacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Dekabrın 16-da məşhur FOX News kanalının radio proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə baş tutub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibədə səfir Ermənistanın təxribatına qarşı Azərbaycanın uğurlu əks-hücumundan bəhs edib, Ermənistan tərəfindən 30 ilə yaxındır işğal olunmuş ərazilərini geri qaytardığını bildirib.

O qeyd edib ki, əməliyyat Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verib və Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədləri yoxdur. O, ərazilərin işğaldan azad edilməsi ilə həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin Azərbaycan tərəfindən yerinə yetirildiyini diqqətə çatdırıb.

Səfir hazırda Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış həmin ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin geri qaytarılması istiqamətində işlər aparıldığını qeyd edib. E. Süleymanov Azərbaycanla Ermənistan arasında iqtisadi və sosial əməkdaşlığın qurulması, ümumilikdə regionun dirçəlməsinə ümid etdiyini bildirib:

"Belə ki, ölkələrimizin tərəfdaşları, o cümlədən Qərb dövlətləri əsas diqqəti regionda xalqlarımızın sülh və əmin-amanlıq münasibətlərinin yaradılmasına və davamlı sülh istiqamətində səylərə dəstək verilməsinə yönəltməlidir. Ekstremist ideologiyalar, irqçi, separatçı, dindən sui-istifadə edən fikirlərin regionumuzun inkişafına heç bir faydası olmayacaq".

Jurnalistin ermənilərin mədəni kökləri və Azərbaycan ərazisində onların mövcudluğu ilə bağlı sualına cavab olaraq səfir bildirib ki, çoxmillətli dövlət olan Azərbaycanda müxtəlif xalqların nümayəndələri hər zaman öz mədəni azadlıqlarından sərbəst şəkildə istifadə ediblər: "Ölkəmiz və cəmiyyətimiz öz müxtəlifliyi və tolerantlığı ilə fəxr edir".

Səfir jurnalistin "Human Rights Watch" beynəlxalq təşkilatının münaqişə ilə bağlı dərc etdiyi xəbərlərə münasibət bildirib. Azərbaycan hərbi qüvvələrinin Şuşa şəhərində ermənilərə məxsus kilsəni atəşə tutması ilə bağlı iddiaya cavab verən səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan ordusu heç bir zaman kilsələri hədəf almayıb. Kilsənin təsadüf və ya kənarda baş verən partlayış nəticəsində zədələnə bilmək ehtimalını qeyd edən səfir, burada heç bir insan tələfatının olmadığını diqqətə çatdırıb. Əksinə elə həmin təşkilat tərəfindən də işıqlandırıldığı kimi, Ermənistanın Azərbaycanın mülki şəxslər yaşayan ərazilərinə hücumu zamanı kasetli hərbi sursatlardan istifadə etməsi və onlarla günahsız insanın həlak olmasına diqqət çəkib.

12
Teqlər:
Azərbaycan Ordusu, Ermənistan, səfir, Azərbaycan, ABŞ
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

4
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

4
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

8
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

8

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0