Prezident Minsk qrupunun "operativliyi" barədə: Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır

18
(Yenilənib 21:45 21.11.2020)
İlham Əliyev: "Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub".

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupundan daha operativ reaksiya gözlədiyini bildirib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

"Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır".

Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü barədə məlumatlı olduğunu vurğulayan Prezident qeyd edib ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.

18
Teqlər:
Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov, ATӘT-in Minsk Qrupu, Minsk Qrupu, Prezident İlham Əliyev, İlham Əliyev
Fransa Senatının binası, arxiv şəkli

Fransada Azərbaycana qarşı növbəti xain addım

126
(Yenilənib 23:40 03.12.2020)
Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

BAKI, 3 dekabr - Sputnik. Fransanın Milli Şurası (Parlamentin aşağı palatası) ölkə hökumətini Dağlıq Qarabağın "müstəqilliyini" tanımağa çağıran qətnaməni dəstəkləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, 188 deputat bədnam qətnamənin lehinə, 3-ü əleyhinə səs verib, 16 nəfər bitərəf qalıb.

Milli Şuranın deputatları "sülh prosesini reallaşdırmağın və Qarabağın tanınmağının" vacibliyini qeyd ediblər. 

Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

"Qətnamə layihəsində izhar olunan məqsədi... yəni Dağlıq Qarabağın tanınmasını dəstəkləmirəm. Çünki bizim erməni dostlarımız bizdən Dağlıq Qarabağın tanınmasını istəmirlər. Və heç onlar özləri də tarix boyu, sərhədlər necə olur-olsun, heç vaxt Dağlıq Qarabağı tanımayıblar", - nazir deyib.

Le Drian qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən xahişlər noyabrın 9-da atəşkəs barədə razılıqdan sonra Qarabağda sabitlik və təhlükəsizlik, hərbi əməliyyatlar nəticəsində yerdəyişmə etmiş şəxslərin geri qaytarılması ilə bağlıdır.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib. 

Fransa Xarici İşlər Nazirliyi də açıqlama verərək bəyan edib ki, Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

126
Teqlər:
qətnamə, xain, Fransa, Azərbaycan, Qarabağ
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistan hökuməti yeni reallıqla barışmalıdır - Azərbaycan XİN

17
(Yenilənib 22:54 03.12.2020)
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

BAKI, 3 dekabr - Sputnik. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəyə dair şərhində deyilir.

"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, meyitlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir", - deyə XİN-in şərhində vurğulanır.

17
Teqlər:
Ermənistan XİN, cavab, Azərbaycan XİN, Azərbaycan, Qarabağ
Xarı bülbül – символ Шуши

Saat 12-də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

0
(Yenilənib 09:50 04.12.2020)
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

BAKI, 4 dekabr - Sputnik. Bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. 

0