Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov: "Yaşasın müstəqil, qüdrətli firəvan Azərbaycan!"

17
(Yenilənib 11:24 17.11.2020)
Bu gün Azərbaycan müstəqillik uğrunda mübarizə tarixində ən mühüm rol oynayan günlərdən biri olan Milli Dirçəliş Gününü qeyd edir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Bu gün Azərbaycan müstəqillik uğrunda mübarizə tarixində ən mühüm rol oynayan günlərdən biri olan Milli Dirçəliş Gününü qeyd edir. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri öz rəsmi "Twitter" səhifəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov yazıb.

"Yaşasın müstəqil, qüdrətli və firəvan Azərbaycan!", - deyə nazir qeyd edib.

17
Teqlər:
Ceyhun Bayramov, Milli Dirçəliş Günü
Nikol Paşinyan, arxiv şəkli

Əvvəl siyasətçilər, sonra hərbçilər, indi alimlər - Hər kəs onun istefasını istəyir

12
(Yenilənib 16:34 25.11.2020)
Ermənistan Milli Elmlər Akademiyası ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

BAKI, 25 noyabr — Sputnik. Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Prezidiumu Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefaya göndərilməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat EMEA-nın rəsmi saytında bildirilir.

EMEA, həmçinin Qarabağla bağlı üçtərəfli bəyanatı erməni xalqı üçün alçaldıcı hesab edir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, EMEA ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Belə ki, noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

12
Teqlər:
Üçtərəfli bəyanat, elm, alimlər, Ermənistanın baş naziri Nikol Paşinyan, istefa
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

13
(Yenilənib 15:13 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

13
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Uşaq əllərini yuyur, arxiv şəkli

Bakı Abşeronun bəzi ərazilərində iki gün su olmayacaq

0
(Yenilənib 17:28 25.11.2020)
Noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BAKI, 25 noyabr — Sputnik. Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

0
Teqlər:
Abşeron, Bakı, su