Kanada bayrağı, arxiv şəkli

Rəsmi Bakı Kanadanın XİN başçısına cavab verdi

45
(Yenilənib 12:49 12.11.2020)
XİN: Kanada xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.

BAKI, 12 noyabr — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Kanada Xarici İşlər nazirinin 11 noyabr 2020-ci il tarixli bəyanatına dair açıqlama verib.

XİN-dən Sputnik Azərbaycan-a daxil olan açıqlamada bildirilir:

"Kanada xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada xarici işlər naziri görünür indi münaqişə ilə məşğul olmağa başlayıb.

Xatırladırıq ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb. BMT TŞ qətnamələrinə əsaslanan bu razılaşma hazırda həyata keçirilməkdədir.

Heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz.

Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT TŞ qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir. Bunun əksi münaqişənin siyasi həllinə və beləliklə də bölgədə sülhün bərqərar olmasına zərər verməkdən başqa bir şey deyildir".

45
Teqlər:
Ermənistan, Azərbaycan xarici işlər nazirliyi, Azərbaycan XİN, Kanada
Əfqanıstan bayrağı, arxiv şəkli

Əfqanıstanla əməkdaşlığı necə genişləndirməli - Ceyhun Bayramov əfqan həmkarına zəng edib

11
Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

11
Xankəndi, arxiv şəkli

"Xankəndi necə Stepanakert oldu" dünyanın ən nüfuzlu portallarında

45
(Yenilənib 15:38 26.11.2020)
Nüfuzlu dünya xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı "Xankəndi necə Stepanakert oldu" sənədli videoçarxının yayımına başlayıb

BAKI, 26 noyabr — Sputnik. Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin "Alternatiftarih", Misirin "Əl-Vəsilə Nyus", "Asya əl-Yaum", "Nile-Nyus", İraqın "İraq-Nyus", Birləşmiş Ərəb Əmirliklərinin "Səda onlayn", Fələstinin "Bayader", Küveytin "8-press", Əlcəzairin "Alharir.info", Ukraynanın "Kievinform", İspaniyanın "Turaz.es" – Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı "Xankəndi necə Stepanakert oldu" sənədli videoçarxının yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndidə və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.

45
Teqlər:
video, Qarabağ, Azərbaycan, Xankəndi
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai