Prezident İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib

Türkiyənin üç önəmli ismi İlham Əliyevin qəbulunda: Tapşırıqlarınızı almağa gəlmişik

139
(Yenilənib 22:20 10.11.2020)
Prezident İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.

BAKI, 10 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev qonaqları salamladıqdan sonra deyib:

"Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim.

Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik.

Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Prezidentə təşəkkürünü bildirib. "Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik", - deyə nitqinə başlayan Çavuşoğlu əlavə edib:

"Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.

Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi.

Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq.

Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq.

Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik.

Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik.

Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik".

Prezident İlham Əliyev də öz növbəsində Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

139
Teqlər:
Prezident İlham Əliyev, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, Hulusi Akar
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

1
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

1
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden
Antoniu Quterreş, arxiv şəkli

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

11
(Yenilənib 22:55 23.11.2020)
Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb: “Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcək”.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.

11
Teqlər:
humanitar, BMT, xarici işlər naziri ceyhun bayramov