SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin komitəsi: Azərbaycan-İran münasibətləri dostluq xarakteri daşıyır

© Sputnik / Murad OrujovМилли Меджлис Азербайджана
Милли Меджлис Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq"

BAKI, 7 noyabr — Sputnik. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: "Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz".

Xəbər lenti
0