Ceyhun Bayramov AŞNK-nın iclasında dünya ölkələrinə konkret çağırış etdi

32
(Yenilənib 18:30 04.11.2020)
Nazir: "Azərbaycan Ermənistanın təcavüzünə cavab səciyyəli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə özünümüdafiə çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır".

BAKI, 4 noyabr — Sputnik. "2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olacaq. Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə vermişdir və biz bu vacib işi davam etdirməyə hazırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxışı zamanı deyib.

"Avropa Şurasına üzv olarkən Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürmüşlər. Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi ilə nəticələnmişdir. ATƏT-in Minsk Qrupu çərçivəsində son 28 il ərzində aparılan vasitəçilik səyləri Ermənistanda bir-birini əvəz etmiş hökumətlərin təcavüzkar və işğalçı siyasəti səbəbindən heç bir nəticə verməmişdir. Xatırlatmalıyam ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərarında Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistan tərəfindən effektiv nəzarətin həyata keçirildiyini təsbit etmişdir. Hətta bu qərardan sonra belə, Ermənistan öz məsuliyyətini rədd etməkdə davam etmiş və buna görə heç bir tədbirə məruz qalmamışdır.

"Qarabağ-Ermənistandır" bəyanatı, eləcə də "yeni ərazilər uçün yeni müharibə" doktrinasının elan edilməsi də daxil olmaqla, təxribat səciyyəli silsilə addımlarının davamı olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlamışdır. Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutmaqdadır. Bunun nəticəsində 12 uşaq daxil olmaqla, 91 nəfər mülki vətəndaş həlak olmuş, 400-dən artıq şəxs isə yaralanmışdır. Xüsusilə, çoxsaylı mülki şəxslərin qətli ilə nəticələnmiş Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gecə saatlarında edilmiş iki ballistik raket hücumu, habelə Bərdə şəhərinə digər 2 qeyri-insani və xain raket hücumunu qeyd etmək istərdim. Ermənistanın açıq-aydın müharibə cinayəti təşkil edən bu əməlləri Avropa Şurası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır.

Azərbaycan Ermənistanın təcavüzünə cavab səciyyəli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə özünümüdafiə çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır. Azərbaycan sadəcə Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışır. Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) və 1614 (2008) saylı qətnamələri BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə əməl olunmasını tələb edir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırır.

Bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının ən qısa yoludur".

32
Teqlər:
Avropa Şurası, Dağlıq Qarabağ, Ermənistan, Ceyhun Bayramov
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

Ağdam urbisidin parlaq illüstrasiyası etirafıdır - Hikmət Hacıyev

20
(Yenilənib 23:04 28.11.2020)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda urbisidin həyata keçirildiyini bəyan edib.

BAKI, 28 noyabr - Sputnik. "Ağdam urbisidin (genosidin şəhərlərə qarşı istifadə olunması - red) parlaq illüstrasiyası və etirafıdır. Şəhərlərin soyqırımı. Ermənistan 28 il işğal müddətində Ağdamda həqiqi urbisid həyata keçirib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Twitter-dəki hesabında yazıb.

Ağdam - vivid illustration and recognition of URBICIDE. Genocide against cities. Within 28 years of occupation Armenia truely and wholeheartedly conducted #URBICIDE to Agdam. https://t.co/io3ElQtyWQ

20
Teqlər:
Hikmət Hacıyev, Ağdam
İtaliya parlamenti, arxiv şəkli

Senator: İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir

14
(Yenilənib 19:22 27.11.2020)
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. İtaliya Senatında "İrəli, İtaliya" siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir. İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir", - deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

"İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır", - deyə italyan senator fikirlərini tamamlayıb.
14
Teqlər:
dəstək, Qarabag, maraq, strateji əlaqələr, Azərbaycan, İtaliya

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa