Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda

Mövlud Çavuşoğlu Bakıya gəlib

51
(Yenilənib 12:21 01.11.2020)
"Can Azərbaycana güclü dəstəyimizi göstərmək üçün Dağlıq Qarabağ ilə bağlı son hadisələr haqqında fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq"

BAKI, 1 noyabr - Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

“Can Azərbaycana güclü dəstəyimizi göstərmək üçün Dağlıq Qarabağ ilə bağlı son hadisələr haqqında fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, - deyə M. Çavuşoğlu qeyd edib.

51
Teqlər:
Türkiyə, Bakı, Mövlud Çavuşoğlu
Əlaqədar
Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib
Beş yüzdən çox türk həkim Qarabağa könüllü yollanmaq üçün Konsulluğa müraciət edib
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
Ceyhun Bayramov Çavuşoğluna zəng etdi: "Dualarımız sizinlədir"
Azərbaycan və Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

71
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

71
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi

20
(Yenilənib 22:11 29.11.2020)
Telefon danışığı zamanı Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.

BAKI, 29 noyabr - Sputnik. Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Sputnik Azərbaycan-a XİN mətbuat xidmətindən daxil olan məlumata görə, nazir Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.
Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.

Nazirlər, bu həftə ərzində videokonfrans formatında keçirilmiş müzakirəkərə əlavə olaraq, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

20
Teqlər:
İran, qətl, alim, başsağlığı, telefon danışığı, Məhəmməd Cavad Zərif, Ceyhun Bayramov, Azərbaycan XİN
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

3
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
Rusiya, Koronavirus, COVID-19