QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"

© Photo : AZƏRTACПредседатель Великого национального собрания Турции Мустафа Шентоп
Председатель Великого национального собрания Турции Мустафа Шентоп - Sputnik Azərbaycan
Abunə olmaq
"Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarını icra etməyə borcludurlar. Ermənistan BMT-nin qərarlarına məhəl qoymadı".

BAKI, 20 oktyabr — Sputnik. "Ermənistan ordusu Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həlli yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidirlər ki, Qafqazda bunu sona qədər davam etdirə bilməyəcəklər. Ermənistan da bilməlidir ki, böyük qardaşları ona sona qədər dəstək olmayacaqlar. Sonda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop oktyabrın 20-də Milli Məclisin iclasındakı çıxışında bildirib.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur: "Artıq beynəlxalq təşkilatlar öz qərarlarını icra etməyə borcludurlar. Ermənistan BMT-nin qərarlarına məhəl qoymadı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi".

"Gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan Ordusundan ardına belə baxmadan qorxub qaçan ermənilər ancaq mülki insanları hədəf alırlar. Bütün dünyadan soruşuram. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!" - deyə o bildirib.

Xəbər lenti
0