Mayk Pompeo, arxiv şəkli

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo həmsədrlərlə görüşü gözlənilir

34
Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi də nəzərdə tutulur

BAKI, 20 oktyabr — Sputnik. Bu il oktyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

"Bu il oktyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur", - deyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
Əlaqədar
Azərbaycan və Pakistan XİN rəhbərləri Qarabağdakı durumu müzakirə etdilər
Bağdad Amreyev: Ermənistan mülki əhaliyə qarşı hücumları dayandırmalıdır
Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb
Çavuşoğlu Bayramova başsağlığı verdi, dəstəyini bildirdi
Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərlərinə Gəncə terroru barədə məlumat verib
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

4
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

4
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

14
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

14