Mustafa Şentop Əli Əsədovla görüşüb

Əsədovla Şentop görüşdülər: TBMM Ermənistanla bağlı məruzə hazırlayacaq

22
(Yenilənib 18:52 19.10.2020)
TBMM-in sədri bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.

BAKI, 19 oktyabr - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş nazir göstərilən dsətəyə görə öz adından və hökumət adında minnətdarlığını bildirib. 

Baş Nazir Əli Əsədov ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 % artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 % olduğunu vurğulayıb.

Baş Nazir Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrini uğurla davam etdirildiyini qeyd edib, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.

Qeyd olunub ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır.  

Baş Nazir Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Baş nazir pandemiyaya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyəti qeyd edilib.

Baş Nazir Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini və Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırdı.

TBMM-in sədri Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrini bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonar ilk səfərini Azərbaycana etdiyini vurğuladı.

TBMM-in sədri bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.

Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib və qeyd edib ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır.

TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarınnı araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.

22
Əlaqədar
Şentop: Müharibə cinayətlərinə göz yumanlar ittiham olunacaqlar
Türk hərbçilərinin Qarabağa göndərilməsi barədə: "Hələlik buna ehtiyac yoxdur"
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədrinə məktub ünvanlayıb
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Luici Di Maio ilə Qarabağı müzakirə etdi

6
(Yenilənib 11:05 27.11.2020)
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

6
Teqlər:
müzakirə, nazir, İtaliya, Ceyhun Bayramov, Azərbaycan XİN
Əfqanıstan bayrağı, arxiv şəkli

Əfqanıstanla əməkdaşlığı necə genişləndirməli - Ceyhun Bayramov əfqan həmkarına zəng edib

13
Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

13
Uşaq televizora baxır, arxiv şəkli

"Tıq-tıq dostları möcüzələr axtarışında" filminin 2-ci hissəsi çəkilir

0
(Yenilənib 13:18 27.11.2020)
Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır. Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

BAKI, 27 noyabr — Sputnik. "Azanfilm" studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

0
Teqlər:
Mədəniyyət Nazirliyi, film, studiya