Gəncədə vəziyyət

Ombudsman: "Ermənistan beynəlxalq hüququn tələblərini tanımır"

30
(Yenilənib 16:44 17.10.2020)
"Bu cinayətlər nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi tədbirlər görülməlidir"

BAKI, 17 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın 17 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı bəyanat yayıb.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda deyilir: “İşğalçı Ermənistan Respublikası öz təcavüzkar siyasətini davam etdirərək  Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi olaraq məqsədli şəkildə qəsdən raket atəşinə tutur. Bununla da BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bir daha təəssüf hissi ilə bəyan edirik ki, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam edən Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissələrini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutmuşdur. İlkin məlumatlara görə 3-ü azyaşlı olmaqla 13 nəfər mülki şəxs həlak olmuş, 52 nəfər yaralanmışdır, 2 uşağın taleyi barədə məlumat yoxdur, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Dağıntılar altında qalmış şəxslərin xilas edilməsi işləri isə hələ də davam edir.

Bununla da BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikası törətdiyi hərbi təxribatlarla Azərbaycanın dinc əhalisini hədəfə alaraq növbəti dəfə müharibə cinayəti törətmişdir.

Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Gəncə şəhərinin və regionun enerji təhlükəsizliyi üçün stateji əhəmiyyətli Mingəçevir şəhərinin, habelə digər yaşayış məntəqələrinin  Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq qəsdən raket atəşinə atəşinə tutulması monoetnik dövlət olan işğalçı Ermənistanın beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Halbuki, beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Cenevrə Konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb edir.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti insan hüquqları sahəsində beynəlxalq sənədlərin, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının, “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozmaqla sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirir. Bu cinayətlər nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi tədbirlər görülməlidir.

Buna görə də təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini ədalətli mövqe nümayiş etdirməklə susmamağa çağırır, işğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasından sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə və terror cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən imperativ xarakterli qətiyyətli qərarlar qəbul etməyi bir daha tələb edirik”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

30
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
Gəncənin Ermənistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 azyaşlı itkin düşüb
Gecə bombardmanından sonra Gəncədə axtarış-xilasetmə əməliyyatları necə gedir – VİDEO
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Gəncəyə raket əhalinin sıx yaşadığı əraziyə atılıb - Nazir
Gəncə hadisəsinin məsuliyyəti Ermənistana çox ağır olacaq - Baş prokuror
Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Aşqabadda mühüm görüş

4
(Yenilənib 22:57 21.01.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək görüşüb.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

4
Президент Туркменистана Гурбангулы Бердымухаммедов, фото из архива

Türkmənistan prezidenti azərbaycanlı naziri qəbul edib

8
(Yenilənib 21:51 21.01.2021)
Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində ölkə Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul olunub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması, iki dövlət arasında enerji sahəsində əməkdaşlığın möhkənləndirilməsi, habelə bölgədə beynəlxalq tərəfdaşlığın inkişafı baxımından yüksək əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı xüsusilə qeyd olunub.

Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edən münasibətlərin müsbət dinamikasını vurğulayıb, bu xüsusda son 3 il ərzində həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərləri və imzalanmış 50-dən çox sənədi qeyd edib.

Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

8
Teqlər:
Ceyhun Bayramov, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Qurbanqulı Berdıməhəmmədov