BAKI, 16 oktyabr — Sputnik. "Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Hərbi əməliyyatlar teatrının xaricində Azərbaycan şəhərləri raket atəşinə tutulur. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür", - Hikmət Hacıyev vurğulayıb.
Armenia launched missile attack to Ordubad region in Nakhchivan. It testifies that Armenia by all means tries to enlarge geographical scope of conflict. Beyond theatre of military operations fires missiles to cities of Azerbaijan. All responsibility lies on Armenia.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020
BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.
Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.
Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.
Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub.
BAKI, 20 yanvar - Sputnik. Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
"Mən, Co Bayden, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatlar Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəm, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyəcəm, qoruyacam", - Bayden sağ əlini qaldırıb, sol əlini də Bibliyanın üzərinə qoyaraq and içib.
"Bu, Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, məqsədin qələbəsini qeyd edirik. Məqsəd - demokratya idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə, dostlar, demokratiya qələbə çaldı", - Bayden deyib.
Joe Biden was sworn in as the 46th president of the United States during a ceremony at a heavily protected U.S. Capitol, ending the tumultuous four-year presidency of his Republican predecessor Donald Trump https://t.co/eHQyFvSxsG pic.twitter.com/H8oqYpRzbN
— Reuters (@Reuters) January 20, 2021
Yeni prezident irqçiliyə qarşı çıxaraq ona qalib gələcəyini də söz verib. O, bütün qəlbi ilə amerikalıların birliyinə çalışacağını deyib.
"Amerikanın yaralarını sararaq gələcəyini təmin etmək üçün, bütün bu çağırışların öhdəsindən gəlmək üçün sözlərdən çox böyük bir şeyə ehtiyac var - birliyə... Bu yanvar günündə mənim ruhum ancaq buna can atır - Amerikanı, xalqı, millətimizi birləşdirməyə. Hər bir amerikalını bu məqsəd uğrunda mənimlə birləşməyə çağırıram", - Bayden xalqa mnüraciətində söyləyib.
.@JoeBiden leads a moment of silent prayer for the American lives lost to the coronavirus pandemic. #Inauguration2021 pic.twitter.com/kZN8VUfD3z
— TODAY (@TODAYshow) January 20, 2021
Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib.
78 yaşlı demokrat Bayden ABŞ-ın 46-cı prezidenti oldu. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda internet saytlar fəallaşmağa başlayandan çap mediasının öz əhəmiyyətini itirdiyi barədə fikirlər səslənir. Hətta media nümayəndələri arasında "insanlar məlumatları qəzetdən deyil, saytdan oxuyurlar" tipli mübahisələrə də rast gəlirik. Sputnik Azərbaycan hazırkı dövrdə çap mediasının yaşadılmasının zəruri olub-olmadığını araşdırıb.
"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni medianın yaranması ilə qəzetlərin tarixə qovuşduğu barədə fikirlər səslənsə də, bununla razı deyil: "Onlayn medianın yaranması o demək deyil ki, çap media sıradan çıxmalıdır. Ölkədə ictimai rəy yaradan, xalqın düşünən hissəsinin fikirlərini çatdıran, bu fikirlərlə də ictimai rəyə təsir edən məhz qəzetlərdir. Son vaxtlar çap mediasına qarşı aqressiv fikirlər artıb. Düzdür, bəzi qəzetlərin səviyyəsində problemlər müşahidə olunur. Etiraf edək ki, çap mediası operativlik məsələsində onlayn mediaya uduzur. Bu, təbii haldır. Amma çap mediasında olan araşdırma materialları, hadisələrə kökündən yanaşma və təhlil, qaçaraq informasiya çatdıran elektron mediadan daha sanballıdır. Buna görə də hesab edirəm ki, çap mediasının yaşamasına hələ uzun müddət ehtiyac var".
R.Məcid deyir ki, ümumilikdə götürdükdə Azərbaycan mediasında problem qəzetlərin varlığı yox, reklam bazarının olmamasıdır:
"Çox təəssüf ki, son illərdə həm çap, həm televiziya, həmçinin də onlayn media dövlət dəstəyi arzulayır. Əslində media iqtisadi cəhətdən müstəqil olmalıdır. Bunun üçün isə reklam bazarı olmalıdır. Bəzi onlayn media rəhbərləri hesab edirlər ki, qəzetlərə ayrılan maliyyə yardımı yeni mediaya ayrılarsa, orada hansısa uğurların şahidi olacağıq.
Amma hesab edirəm ki, yeni mediada jurnalistin yetişməyi qəzetdə yetişməsindən fərqlidir. Jurnalistika təhsilindən sonra qəzet - jurnalistləri yetişdirən ikinci məktəbdir. Jurnalist üçün vacib olan yazmaq bacarığı, intuisiya, müşahidə qabiliyyəti, bunların təhlil olunması bacarığına qəzetdə yiyələnmək mümkündür.
Bütün bunlar yeni mediada mümkün deyil. Üstəlik, yeni mediada qəzetlərdəki kimi parlaq jurnalistlər yetişmir. Əgər biz səslə müşahidə olunan görüntülü informasiyanı mediaya aid ediriksə, onda mənim balaca nəvəmin də instaqram səhifəsi onlayn mediadır. Yeni audiovizual media subyektləri adlandırdıqlarımızın bir çoxunun əhəmiyyətli izləyici sayı yoxdur. Bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur. Media bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirməyi tələb edir. Yeni audiovizual mediada isə bu prinsiplər qorunmur. Onların çoxu operativliyi qorumaq naminə informasiyanı xammal şəklində çatdırırlar. Qəzetdə isə jurnalistikanın bu tələblərinə əməl edilir. Keyfiyyətli araşdırma yazıları, analitik məqalələr hazırlanır. Bu baxımdan çap media yaşamalıdır".Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər başlanılan islahatlar medianın bütün sferalarını əhatə etməlidir: "Medianın İnkişafı Agentliyi yaranması ilə Azərbaycan mətbuatında islahatlar prosesinin keyfiyyətcə yeni mərhələsinə start verilib. Hesab edirəm ki, bu islahatlar medianın bütün sferalarını əhatə edəcək.
Düşünürəm ki, hər nə qədər media digitallaşmaya getsə də, klassik media nümunəsi olaraq qəzetlərin mövcudluğu önəmlidir. Qəzetlər tarixdir. Ancaq qəzetlər rəqabət şəraitinə tab gətirmək üçün öz informasiya siyasətlərinə yenidən baxmalıdır. İnformasiya agentliklərinin köhnəlmiş məlumatlarını bir gün sonra dərc etmək qəzetlərin rəqabətdə uduzması ilə nəticələnir. Qəzetlər araşdırma yazılarına, maraqlı müsahibələrə üstünlük verməlidir.
Dünya praktikası göstərir ki, internet media hər nə qədər inkişaf etsə də, araşdırma yazılarına, özəl məlumatlara üstünlük verən qəzetlər öz satışlarını və mövqelərini qorumaqdadır".