Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Niderlandın yeni səfirini erməni təxribatları barədə məlumatlandırdı

29
(Yenilənib 20:54 13.10.2020)
Səfir Paulin Eizema Niderlandın bölgədəki artan gərginlikdən, xüsusilə mülki itkilərdən çox narahat olduğunu qeyd edib

BAKI, 13 oktyabr - Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ceyhun Bayramov səfir Paulin Eizemanı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edən Paulin Eizema diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb. Nazir iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu baxımdan mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıb. Nazir, həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr təcrübəsinin davam etdirilməsi məsələsini qeyd edib.

Nazir Ceyhun Bayramov səfirə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı və bu ərazilərdə yaşayan azərbaycanlıların etnik təmizləmə siyasəti barədə məlumat verib. Ermənistanın son təxribatları, o cümlədən 12-16 iyul tarixində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı, avqust ayında Goranboyda kəşfiyyat qrupunun təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı səfirin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov məlumat verib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini və kəndlərini təkcə cəbhə bölgəsinin yaxınlığında deyil, həm də Gəncə, Mingəçevir, Xızı və Abşeron kimi münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyini bildirib. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

Səfir Paulin Eizema Niderlandın bölgədəki artan gərginlikdən, xüsusilə mülki itkilərdən çox narahat olduğunu qeyd edib. Niderlandın Avropa İttifaqının mövqeyini izlədiyini və hərbi əməliyyatların dayandırılmasına çağırdığını vurğulayıb.

Nazir Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT TŞ qətnamələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

29
Teqlər:
Azərbaycan XİN, Ceyhun Bayramov, səfir, Niderland, ölənlər və yaralılar, dinc əhali, raket zərbələri, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Minsk Qrupu həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar
Ölkəmizdəki diplomatik korpusun rəhbərlərinə erməni təxribatları haqda məlumat verildi
Ceyhun Bayramov Minsk qrupunun amerikalı həmsədri ilə danışıb
Ceyhun Bayramov Minsk qrupunun fransalı həmsədrinə zəng etdi
Azərbaycan XİN başçısı İqor Popovu Ermənistanın atəşkəsi pozması barədə məlumatlandırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

2
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

2
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng etdi: Mövzu Qarabağdır

53
(Yenilənib 19:53 20.10.2020)
Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

BAKI, 20 oktyabr - Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. 

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq və Dağlıq Qarabağ probleminin siyasi diplomatik yolla nizamlanması məqsədi ilə tezliklə danışıqların bərpa edilməsi ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Telefon danışığında oktyabrın 10-u və 17-də atəşkəslə bağlı əldə olunan razılığa riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırlıq qeyd olunub.

53
Teqlər:
Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Emmanuel Makron