Serqey Lavrov

Lavrov Azərbaycan ermənistanlı həmkarlarına zəng edib: Atəşkəsə sadiq qalmalı

407
(Yenilənib 22:58 10.10.2020)
Danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər.

BAKI, 10 oktyabr - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ilə telefon danışıqları aparıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər. Üç ölkənin xarici işlər nazirlərinin 9 oktyabrda Moskvada keçirdiyi məsləhətləşmələrin ardından atəşkəsin əldə olunduğu və "yerlərdə" buna ciddi şəkildə riayət olunmasının vacibliyi vurğulanıb. 

Bir gün əvvəl, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan, həmçinin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Moskvada baş tutan görüşdə atəşkəs barədə razılıq əldə edilib.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rəsmən başladıqdan sonra da atəşkəsi pozmaqda davam edir.

407
ABŞ və Çin bayraqları, arxiv şəkli

Çindən ABŞ-a cavab zərbəsi: sanksiya siyahısında çox maraqlı adamlar var

17
(Yenilənib 21:51 20.01.2021)
Tramp administrasiyasının əksər üzvlərinin daxil edildiyi siyahı Cozef Bayden prezidentlik andı içəndən dərhal sonra dərc olunub

BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.

Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. 

Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.

Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub

17
Teqlər:
sanksiya, ABŞ, Çin
ABŞ Prezidenti Co Baydenin inauqurasiyası

Bayden and içdi, artıq prezidentdir - VİDEO

12
(Yenilənib 21:50 20.01.2021)
Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib. 

BAKI, 20 yanvar - Sputnik. Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. 

"Mən, Co Bayden, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatlar Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəm, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyəcəm, qoruyacam", - Bayden sağ əlini qaldırıb, sol əlini də Bibliyanın üzərinə qoyaraq and içib.

"Bu, Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, məqsədin qələbəsini qeyd edirik. Məqsəd - demokratya idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə, dostlar, demokratiya qələbə çaldı", - Bayden deyib. 

​Yeni prezident irqçiliyə qarşı çıxaraq ona qalib gələcəyini də söz verib. O, bütün qəlbi ilə amerikalıların birliyinə çalışacağını deyib. 

"Amerikanın yaralarını sararaq gələcəyini təmin etmək üçün, bütün bu çağırışların öhdəsindən gəlmək üçün sözlərdən çox böyük bir şeyə ehtiyac var - birliyə... Bu yanvar günündə mənim ruhum ancaq buna can atır - Amerikanı, xalqı, millətimizi birləşdirməyə. Hər bir amerikalını bu məqsəd uğrunda mənimlə birləşməyə çağırıram", - Bayden xalqa mnüraciətində söyləyib.

​Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib. 

78 yaşlı demokrat Bayden ABŞ-ın 46-cı prezidenti oldu. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.

12
Teqlər:
prezident, ABŞ, andiçmə mərasimi, Co Bayden
2021-ci ilin loqosu, arxiv şəkli

Zamanımız azalır, 2021 daha qısa olacaq

0
(Yenilənib 20:22 20.01.2021)
Bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

BAKI, 21 yanvar — Sputnik. Mütəxəssislərin fikrincə, son 50 ildə Yer kürəsinin Günəş ətrafında fırlanma sürətinin artması səbəbilə 2021-ci il normadan qısa olacaq. Sputnik Türkiyə xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika üzrə professoru Pol Delaney bildirib ki, dünyanın fırlanma sürəti artıb və bu dəyişiklik Yer üzündə zamanın yavaşlamasına səbəb olub.

Elmi hesablamalara görə, 2021-ci ildə bir gün - 24 saat (86 min 400 saniyə) normal bir günlə müqayisədə 0,05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Delaney əriyən buzlaqların dünya üzərində olan kütlənin yerləşmə şəklinə təsir etdiyini və suların fırlanma oxuna yaxınlaşdıqca onun dönmə sürətinin artırdığını qeyd edib.

Delaney Yerin bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran konkisürənə bənzədib.

Sözügedən qısalma saniyədən çox az olduğu üçün insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcək. Ancaq mütəxəssisin fikrincə, iqlim dəyişikliyi zamanın qısalmasına və günlərin müəyyən edilməsinə təsir edəcək. Professorun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün "artıq saniyə" tətbiq ediləcək.

Ancaq bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiya İnstitutu 1972-ci ildən 2016-cı ilə qədər hər 1,5 ildə bir artıq saniyə əlavə etmişdi.

0