QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ceyhun Bayramov atəşkəsin pozulması barədə:"Sonrakı gedişi izləyib proqnoz verəcəyik"

© Photo : APAМинистр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива
Министр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər naziri: "Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı müraciətlər daxil olurdu ki, humanitar atəşkəs elan olunsun"

BAKI, 10 oktyabr — Sputnik. "Ermənistan atəşkəs elan olunduqdan sonra da Azərbaycan ərazilərini atəşə tutmaqda davam edir. Gəlin sonrakı gedişi izləyək və bundan sonra proqnoz verək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanın humanitar atəşəki pozmaqda davam edəcəyi təqdirdə görüləcək tədbirlərlə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, on gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub. Eyni zamanda əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı müraciətlər daxil olurdu ki, humanitar atəşkəs elan olunsun.

C. Bayramov deyib ki, ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri ilə razılıqlar əldə olunub.

Dünən buna əsasən Moskvada müvafiq sənəd imzalanıb. Həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və digər saxlanılmış şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

"Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub", - nazir əlavə edib.

Xəbər lenti
0