Vladimir Putin və Həsən Ruhani, arxiv şəkli

Putin Ruhani Qarabağdakı vəziyyəti müzakirə ediblər

298
(Yenilənib 14:34 10.10.2020)
İran Prezidenti Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putinlə Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

BAKI, 10 oktyabr — Sputnik. İran Prezidenti Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onlar Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

"İran prezidenti Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrinin nəticələrinə görə humanitar məqsədlər üçün atəşkəsə dair əldə edilmiş razılaşmalara, həmçinin sülh nizamlanmasına nail olmaq üçün substantiv danışıqların başlanmasına dəstəyini ifadə edib", – məlumatda bildirilir.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

298

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

0
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
ABŞ və Çin bayraqları, arxiv şəkli

Çindən ABŞ-a cavab zərbəsi: sanksiya siyahısında çox maraqlı adamlar var

17
(Yenilənib 21:51 20.01.2021)
Tramp administrasiyasının əksər üzvlərinin daxil edildiyi siyahı Cozef Bayden prezidentlik andı içəndən dərhal sonra dərc olunub

BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.

Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. 

Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.

Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub

17
Teqlər:
sanksiya, ABŞ, Çin