* AZƏRBAYCAN *
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bizim sözümüz imzamız qədər keçərlidir"

323
Azərbaycan Prezidenti: "Erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır".

BAKI, 8 oktyabr — Sputnik. Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır. Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz "Twitter" səhifəsində yazıb.

"O bölgələrdə yaşayan soydaşlarımız möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər. Erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır. Bizim sözümüz imzamız qədər keçərlidir", - deyə İlham Əliyev qeyd edib.

323
Əlaqədar
İlham Əliyev Qarabağdakı döyüşlər barədə: "Dünya gözümüzün önündə dəyişir"
Politoloq Elşən Manafov

Politoloq: “Bu məsələlərin həllinin Rusiya ilə razılaşdırılmasına ehtiyac var”

27
(Yenilənib 14:45 24.06.2021)
Politoloq Elşən Manafov deyir ki, danışıqlardakı mövzular da bölgədə təhlükəsizlik, inteqrasiya imkanlarının genişləndirilməsi ilə bağlı problemlərin həllini özündə ehtiva edir
Elşən Manafov: “Ermənistan da Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, bir qayda olaraq prezidentlərin telefon danışıqlarında ikitərəfli maraq doğuran məsələlər müzakirə edilir: “Bu gün danışıqlardakı mövzular da bölgədə təhlükəsizlik, inteqrasiya imkanlarının genişləndirilməsi ilə bağlı problemlərin həllini özündə ehtiva edir. Rusiyanın moderaotlruğu ilə qəbul edilmiş bəyanatlar bölgədə nəqliyyat kommunikasiya xətlərinin bərpası və Azərbaycan-Ermənistan arasında uzun müddətli sülh müqaviləsinin imzalanmasını ehtiva etməlidir. Bu məsələlərin həllinin Rusiya ilə razılaşdırılmasına ehtiyac var. Güman edirəm ki, Ermənistan da Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq”.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

27
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Moskvaya nümayəndə heyəti göndərir Rusiya bazasına görə

2662
(Yenilənib 14:17 24.06.2021)
İclas zamanı Rusiyanın Ermənistandakı Hərbi Bazasının fəaliyyəti və funksionallığı üçün Rusiya tərəfinə torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələləri nəzərdən keçiriləcək.

BAKI, 24 iyun — Sputnik. Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkədə olan Rusiya bazasının fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün Moskvaya hökumət nümayəndə heyətinin göndərilməsi barədə sərəncam imzalayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumatda qeyd olunur ki, nümayəndə heyəti iyunun 26-sı Moskvaya gedəcək və iyulun 1-i geri qayıdacaq. Moskvada Ermənistan – Rusiya Hökumətlərarası Komissiyanın 13-cü iclası baş tutacaq.

İclas zamanı Rusiyanın Ermənistandakı Hərbi Bazasının fəaliyyəti və funksionallığı üçün Rusiya tərəfinə torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələləri nəzərdən keçiriləcək.

Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutyunyan bazar ertəsi iyunun 21-də telefonla danışaraq Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Yerevan Moskva ilə telefonla müzakirələr aparıblar

İyunun 17-si və 21-də Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

İyunun 17-də vaş tutmuş söhbət zamanı Arutyunyan Şoyquya erməni tərəfinin mövqeyinin dəyizşməz olduğunuz təsdiqləyib – "Azərbaycan Silahlı Qüvvələri qeyd-şərtsiz Ermənistanın suveren ərazisini tərk etməlidirlər".

Nazirlər həmçinin rusiyalı sərhədçilərin Azərbaycanla həmsərhəd Sünik və Geqarkunik vilayətlərində dislokasiyasını, rusiyalı sülhməramlıların Qarabağda fəaliyyətini, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və regional problemlərlə əlaqədar bir sıra digər məsələləri müzakirə ediblər.

Yerevan və Bakının mövqeyi

Bu gün Moskva və Yerevanın mövqeyində nəyinsə dəyişib-dəyişmədiyi məlum deyil. Lakin Ermənistandakı parlament seçkisindən sonra bu həssas məsələnin müzakirə olunması maraq doğurur.

Analitiklər güman edirlər ki, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə yeni hökumət formalaşandan sonra Yerevan Azərbaycanla sərhədin delimitasiyası məsələsində fikrini müəyyənləşdirməlidir.

Bu arada Bakı son günlər Yerevana daha təkidlə sülh təklif edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ümid etdiyini bildirib ki, yeni hökumət ölkəsindəki siyasi böhranın real nəticələrini düzgün qiymətləndirəcək, anlayacaq və düzgün nəticələr çıxaracaq.

"Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz elə bunu təklif edirik. Ermənistandan da eyni siyasi iradə və real addımlar gözləyirik”, - nazir vurğulayıb.

Sərhəddə gərginlik

Xatırladaq ki, müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər alırıq. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub. 

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Eləcə də oxuyun:

2662
Teqlər:
Sergey Şoyqu, Nikol Paşinyan, sərhəd, hərbi baza, Azərbaycan, Rusiya, Ermənistan
 Pandemiya zamanı imtahan

Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı

0
(Yenilənib 21:32 24.06.2021)
Dövlət İmtahan Mərkəzi bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanının yeni vaxtını açıqlayıb.

BAKI, 24 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat iyulun 1-dək uzadılıb.

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün iyulun 1-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün yeni imkanın yaradılması (bədən tərbiyəsi və idman istiqaməti üzrə) 31 may – 8 iyun tarixlərində, həmçinin iyunun 21-dən etibarən qeydiyyatdan keçmək imkanı olan, lakin hər hansı bir səbəbdən prosesdə iştirak edə bilməyən abituriyentlər üçün əlavə şansdır.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki ilin məzunları;

- Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

Subbakalavrlar, qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları və ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanından (24 iyun) məqbul qiymət alan abituriyentlər üçün qeydiyyat tarixləri elan olunacaqdır.

İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2021-ci il 1-ci sayında verilib.

Qeyd edək ki, 16 iyundan etibarən DİM tərəfindən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarına start verilib. Qabiliyyət imtahanlarında iştirak üçün birinci sənəd qəbulunda müxtəlif komissiyalar üzrə 14215 müraciət qeydə alınıb. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər (14, 15, 61 və 62-ci komissiyalar üzrə) öz səhifələrinə daxil olub "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib orada qeyd olunan vaxtda imtahanda iştirak etməlidirlər.

İmtahana maska ilə gəlmək və sosial məsafəni gözləmək lazımdır. Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir. Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün ikinci qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq.

Qabiliyyət imtahanlarına ikinci qeydiyyat müddətində qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları, subbakalavrlar, II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər, qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər qeydiyyatdan keçə biləcəklər.

0