QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əliyev və Putin ilk dəfə Qarabağdakı döyüşləri müzakirə ediblər

© AFP 2023 / ALEXEI DRUZHININПрезидент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев во время встречи
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0