Baş Prokuror "Amnesty İnternational"a: Faktları təhrif etmisiz!

36
(Yenilənib 18:22 06.10.2020)
Baş prokuror Kamran Əliyev "Amnesty İnternational" təşkilatının baş katibi Julie Verhara rəsmi müraciət göndərərək obyektiv və qərəzsiz mövqe tutulması xahiş edib.

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev "Amnesty İnternational" təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətə səbəb "Amnesty İnternational" təşkilatının veb-saytında 5 oktyabr 2020-ci il tarixdə "Ermənistan - Azərbaycan: mülki şəxslər qadağan edilmiş "claster" bombaların istifadəsindən qorunmalıdır" adlı dərc edilmiş məqalədə bir sıra faktların təhrif edilməsi olub.

Müraciətdə qeyd olunub ki, 27 sentyabr tarixdən etibarən Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat həyata keçirərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və mövqelərini atəşə tutub, nəticədə mülki insanlar və hərbi qulluqçularımız arasında ölən və yaralananlar var, dinc mülki əhalinin kompakt yaşadığı məntəqələr, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb müəssisələri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəfə alınır, bu da bir daha Ermənistan rəhbərliyinin dövlət səviyyəsindəki terror siyasətinə sadiq olduğunu göstərir.

Diqqətə çatdırılıb ki, 27.09.2020-ci il tarixdən başlayan erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmaqla, döyüş bölgəsindən xeyli uzaqda yerləşən müxtəlif şəhər və rayonlarımızda dinc mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub. Belə ki, 500 mindən artıq əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub.

04.10.2020-ci il tarixdə Ermənistan tərəfindən növbəti təxribat törədilərək döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.

Qeyd edilib ki, mütəxəssislərimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik "claster" bombalarından və "Smerch" raketlərindən istifadə etməsi müəyyən edilib. Bunu sübut edən foto və videolar da müraciətə əlavə edilib.

Bu məlumatlar "Amnesty İnternational" təşkilatının rəhbərinin diqqətinə çatdırılmaqla rəsmi veb-saytda yerləşdirilməsi və bu həssas məsələdə obyektiv və qərəzsiz mövqe tutulması xahiş edilib.

36
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

4
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

4
XİN-nin binası, arxiv şəkli

XİN: Azərbaycanla UNESCO arasındakı dialoqa üçüncü tərəf müdaxilə edə bilməz

15
(Yenilənib 23:46 15.01.2021)
XİN: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib

BAKI, 15 yanvar - Sputnik. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.

Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.

O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.

Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.

Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.

Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.

15

Ağdam rayonunun Şelli kəndi - VİDEO

0
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

0
Teqlər:
video, kənd, Ağdam