BAKI, 6 oktyabr — Sputnik. "Pakistan hələ 90-cı illərin əvvəllərində Ermənistanla hərbi münaqişənin başladığı bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyini dəstəkləyirdi. Azərbaycana qarşı işğal siyasəti yeridən, dinc əhalisini öldürən Ermənistanla Pakistanın indiyədək diplomatik əlaqələri yoxdur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın "Geo News TV" kanalına açıqlamasında deyib.
"2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycana qarşı təxribat törədəndə də Pakistan Azərbaycanı, onun ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini dəstəkləyən ölkələr arasında oldu. Vəziyyət hələ də gərgindir. Ermənistan Azərbaycanın dinc sakinlərini atəşə tutmağa davam edir. Azərbaycan Ordusu düşmənin hərbi hədəflərini məhv edərək vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatına başlayıb", - deyən H.Hacıyev Ermənistanın hazırda təlaşa qapılaraq cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərləri də atəşə tutduğunu qeyd edib.
"Azərbaycan 30 ildir bu münaqişəni sülh yolu ilə həll prosesinə cəlb olunub. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti, mövcud vəziyyəti daha da gücləndirmək istəyi üzündən bu məsələdə hər hansı irəliləyişə nail ola bilmədik. Beynəlxalq vasitəçilərin də səyləri kifayət etmədi. Nəticədə vəziyyətin növbəti dəfə gərginləşməsinin şahidi olduq. Onlar tərəfindən danışıqlar prosesini sadəcə danışıq xətrinə uzatmaq cəhdləri göstərilirdi", – H.Hacıyev bildirib.
BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.
Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.
Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.
Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub.
BAKI, 20 yanvar - Sputnik. Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
"Mən, Co Bayden, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatlar Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəm, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyəcəm, qoruyacam", - Bayden sağ əlini qaldırıb, sol əlini də Bibliyanın üzərinə qoyaraq and içib.
"Bu, Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, məqsədin qələbəsini qeyd edirik. Məqsəd - demokratya idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə, dostlar, demokratiya qələbə çaldı", - Bayden deyib.
Joe Biden was sworn in as the 46th president of the United States during a ceremony at a heavily protected U.S. Capitol, ending the tumultuous four-year presidency of his Republican predecessor Donald Trump https://t.co/eHQyFvSxsG pic.twitter.com/H8oqYpRzbN
— Reuters (@Reuters) January 20, 2021
Yeni prezident irqçiliyə qarşı çıxaraq ona qalib gələcəyini də söz verib. O, bütün qəlbi ilə amerikalıların birliyinə çalışacağını deyib.
"Amerikanın yaralarını sararaq gələcəyini təmin etmək üçün, bütün bu çağırışların öhdəsindən gəlmək üçün sözlərdən çox böyük bir şeyə ehtiyac var - birliyə... Bu yanvar günündə mənim ruhum ancaq buna can atır - Amerikanı, xalqı, millətimizi birləşdirməyə. Hər bir amerikalını bu məqsəd uğrunda mənimlə birləşməyə çağırıram", - Bayden xalqa mnüraciətində söyləyib.
.@JoeBiden leads a moment of silent prayer for the American lives lost to the coronavirus pandemic. #Inauguration2021 pic.twitter.com/kZN8VUfD3z
— TODAY (@TODAYshow) January 20, 2021
Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib.
78 yaşlı demokrat Bayden ABŞ-ın 46-cı prezidenti oldu. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.