Заседание парламента Азербайджана, фото из архива

Milli Məclis on səkkiz məsələyə baxır - Madagizin Suqovuşan adlandırılması rəsmiləşdirilir

36
(Yenilənib 11:39 06.10.2020)
Milli Məclisdə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanun layihəsi müzakirə edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasın gündəliyi belədir:

1. "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

8. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

15. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

16. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

18. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

36
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

48
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

48
Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli

İlham Əliyev: Biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq

38
Prezident İlham Əliyev deyib ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar.

28 oktyabr - Sputnik. Həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bəzi ekspertlər tərəfindən təklif olunan 2+2 formuluna (Ermənistan və Azərbaycan+ Türkiyə və Rusiya) münasibət bildirərkən deyib.

Bunun Azərbaycan üçün məqbul olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

"Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi".

38
Əlaqədar
İlham Əliyev: Hərbi qarşıdurmanın nə qədər davam edəcəyi erməni tərəfindən asılıdır

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

0
“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

0