Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri

Azərbaycanın İtaliyadakı səfiri erməni parlamentarın cavabını verib

79
(Yenilənib 20:43 03.10.2020)
Məmməd Əhmədzadə, eləcə də jurnalistlərin hərbi əməliyyatlar, münaqişənin həlli və aidiyyəti mövzuda digər suallarını cavablandırıb

BAKI, 3 oktyabr - Sputnik. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Radio Sparlamento” radiosunun RİSİKO verilişinin Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinə həsr olunmuş 30 sentyabr tarixli buraxılışında iştirak edib. Verilişdə, habelə italyan jurnalistlər Antonio Albanese və Graziella Giangiulio, eləcə də Ermənistan parlamentində İtaliya ilə dostluq qrupunun sədri Maria Karapetyan da iştirak edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, erməni deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırda baş verən hərbi əməliyyatlara dair cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan diplomatı münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər, münaqişənin sülh yolu ilə həlli istiqamətində ölkəmizin hər zaman göstərdiyi konstruktiv yanaşma, lakin Ermənistan tərəfindən danışıqların uzadılması və status kvonun saxlanılması cəhdləri, xüsusilə də son aylarda Ermənistanın davamlı təxribatçı addımları barədə ətraflı məlumat verib.

Diplomat 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni hərbi təcavüz cəhdləri və bunun qarşısını almaq istiqamətində Azərbaycan silahlı qüvvələrinin gördüyü cavab tədbirləri, hərb meydanında məğlub olmaqda olan erməni tərəfinin yeni təxribatlara əl atdığı və ölkəmizə qarşı yeni dezinformasiya kampaniyasına başladığını deyib və erməni tərəfinin yaydığı yalanları müvafiq arqumentlərlə ifşa edib.

Məmməd Əhmədzadə, eləcə də jurnalistlərin hərbi əməliyyatlar, münaqişənin həlli və aidiyyəti mövzuda digər suallarını cavablandırıb.

Radio verilişini aşağıdakı bu keçiddən dinləmək mümkündür.

79
Teqlər:
erməni təxribatı, səfir, İtaliya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Müdafiə Nazirliyi: "Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur"
Azərbaycan HHQ-yə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb - Vaqif Dərgahlı
Sakinlər: "Bizim Cocuq Mərcanlını yenidən tərk etmək fikrimiz yoxdur"
İran XİN rəsmisi: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir
Ağdam rayonunda ailələr evsiz qalıblar – bombalanmış evlərdən VİDEO
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

48
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

48
Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli

İlham Əliyev: Biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq

35
Prezident İlham Əliyev deyib ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar.

28 oktyabr - Sputnik. Həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bəzi ekspertlər tərəfindən təklif olunan 2+2 formuluna (Ermənistan və Azərbaycan+ Türkiyə və Rusiya) münasibət bildirərkən deyib.

Bunun Azərbaycan üçün məqbul olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

"Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi".

35
Əlaqədar
İlham Əliyev: Hərbi qarşıdurmanın nə qədər davam edəcəyi erməni tərəfindən asılıdır
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

0
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

0