BMT-nin Azərbaycandakı Resident Əlaqələndiricisi Qulam İsakzai

Azərbaycan BMT-nin yardımından imtina etdi

173
Qulam İsakzai cəbhə xəttinə yaxın yerləşən rayonların mülki əhalisi arasında sorğu keçirilməklə BMT-nin müvafiq humanitar yardım göstərməyə hazır olduğunu bildirib

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Əhmədov oktyabrın 2-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Baş Nazirin müavini Əli Əhmədov Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verib: "O qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunları təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Baş Nazirin müavini bildirib ki, Azərbaycan buna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-hücum əməliyyatları həyata keçirir. Bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təxribatların törədildiyini və nəticədə hərbçilərimizin və mülki şəxslərimizin həlak olduğunu deyən Əli Əhmədov bu təxribatları Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin davamı kimi qiymətləndirib. Qeyd edib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır".

Baş Nazirin müavini vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə, beynəlxalq hüququn ciddi pozulması və müharibə cinayətidir. Ermənilərin Azərbaycan əhalisinin cəmi bir faizini təşkil edən, Azərbaycan ərazisində yaşayan etnik azlıq olduğunu bildirən Əli Əhmədov dünyanın heç bir yerində belə bir azlığın özünə müstəqillik tələb etməsi hallarına rast gəlinmədiyini deyib.

Qulam İsakzai Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı narahatlığını ifadə edib. O, cəbhə xəttinə yaxın yerləşən rayonların mülki əhalisi arasında sorğu keçirilməklə BMT-nin müvafiq humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd edib ki, bu yardımın psixoloji dəstək, xüsusi çadırların qurulması, ərazilərin minalardan təmizlənməsi və digər formalarda reallaşdırılması mümkündür.

Baş Nazirin müavini Əli Əhmədov təklifə görə qarşı tərəfə minnətdarlığını bildirib, hazırkı mərhələdə Azərbaycanın yardıma ehtiyac duymadığını vurğulayıb.

 

173
Teqlər:
erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, imtina, yardım, Azərbaycan, BMT
Əlaqədar
İlham Əliyev: "BMT-nin qətnamələri uzun illərdir ki, kağız üzərində qalıb"
İlham Əliyev: "Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır"
Qarabağdakı vəziyyət Azərbaycan iqtisadiyyatına təsir göstərməyib
Müdafiə Nazirliyi Orduya yardım etmək istəyən vətəndaşlara müraciət edib
Prezident Qarabağ münaqişəsində Rusiyanın vasitəçiliyi barədə danışdı
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev

Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə təhdid edib - FOTO

74
Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni "həbsxanada başını kəsəcəyik" deyərək təhdid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu azərbaycanlı deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev sosial şəbəkədəki hesabında yazıb.

"Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - deyə Tural Gəncəliyev bildirib.

74
Teqlər:
Ermənistan, Azərbaycan, Qarabağ, hədə, millət vəkili
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanı tərk edən səfirə prezidentdən xoş sözlər: "Ürəyimizdə yeriniz var" - FOTO

11
Prezident İlham Əliyev Azərbaycanda fəaliyyəti başa çatan Türkiyə səfiri Erkan Özoralın işini yüksək qiymətləndirib və onu "Dostluq" ordeni ilə təltif edib.

BAKI, 10 aprel — Sputnik. "Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm. Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən söyləyib.

Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyinin özünü təsdiq etdini deyən dövlət başçısı qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaq, bizim qəlbimizdə yaşayacaq:

"Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi, əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim".

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim edib.

"Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.", - Erkan Özoral söyləyib.

11
Teqlər:
Prezident İlham Əliyev, Erkan Özoral, Dostluq” ordeni, səfir, Azərbaycan, Türkiyə

Türk dövlətlərinin nümayəndə heyətləri Ağdam Gəncəyə gedəcəklər

0
(Yenilənib 10:45 11.04.2021)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətləri erməni vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər.

BAKI, 11 aprel - Sputnik. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda erməni vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər: “Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şəhərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.

0