QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gürcüstan DTX: Suriyalı döyüşçülərin Türkiyədən Azərbaycana keçməsi haqda məlumat yalandır

© REUTERS / Irakli GedenidzeСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, vəziyyəti gərginləşdirməyə və bölgədəki gərginliyi artırmağa yönəlmiş bir yalandır" - Gürcüstan DTX

BAKI, 3 oktyabr — Sputnik. Suriya yaraqlılarının guya Türkiyədən Azərbaycana Gürcüstan ərazisindən keçməsinə dair məlumatlar həqiqəti əks etdirmir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili bildirib.

"Suriya yaraqlılarının guya Türkiyədən Azərbaycana Gürcüstan ərazisindən keçməsinə dair məlumatlar həqiqəti əks etdirmir. Bu, vəziyyəti gərginləşdirməyə və bölgədəki gərginliyi artırmağa yönəlmiş bir yalandır", - deyə Liluaşvili brifinqdə qeyd edib.

Xəbər lenti
0