Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Rəsmi Bakı Qarabağla bağlı bir daha əcnəbi jurnalistlərə müraciət etdi

111
(Yenilənib 13:04 03.10.2020)
Bununla Ermənistan anti-Azərbaycan təbliğatı məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır

BAKI, 3 oktyabr — Sputnik. "Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz vətəndaşları, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlərindən bəhs edən xəbərlərin sayı artmaqdadır. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın bu məsuliyyətsiz davranışı öz-özlüyündə, onun beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü mülki əhalini və mülki obyektləri hücumların təsirindən qorumaq üçün bütün mümkün tədbirləri görmək öhdəliyinin ciddi şəkildə puzulmasıdır. Bununla Ermənistan anti-Azərbaycan təbliğatı məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xatırladır ki, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtiylə mülki vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.

Bu səbəbdən bütün jurnalistlər, media mütəxəssisləri və əlaqəli şəxslərin maksimum dərəcədə diqqətli olmaları və münaqişə bölgəsindəki mülki statuslarına xələl gətirəcək hər hansı bir əməldən çəkinmələri böyük əhəmiyyət kəsb edir.

Nazirlik, bundan əlavə, yuxarıda qeyd olunan BMT qətnamələrinin jurnalist fəaliyyəti üçün bir çərçivə yaratdığını və silahlı münaqişə vəziyyətlərində işləyən və bu barədə məlumat verən media mütəxəssisləri üçün istinad şərtləri (qaydaları) olduğunu vurğulayır. Xüsusilə, bu qətnamələrdə Təhlükəsizlik Şurası bütün dövlətlərin siyasi müstəqilliyi, suveren bərabərliyi və ərazi bütövlüyü, habelə bütün dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qaldıqlarını təsdiqləyir və şiddət, soyqırım, insanlığa qarşı cinayətlər və beynəlxalq humanitar hüququn digər ciddi pozuntularını təhrik etmək üçün medianın istifadəsini qınayır.

Jurnalistlərin açıq-aydın şəkildə təsbit edilmiş bu qaydalara riayət etməmələri medianın gərginlik və nifrəti alovlandırmaq üçün istismar olunması risklərini artırır və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi nəticəsində yaranan və beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə müşayiət olunan vəziyyətlərə gətirib çıxarır ki, bu da ərazilərin işğalı və münaqişələrin davam etdirilməsinə səbəb olur.

Jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə Ermənistanın onları istismar etməsinə imkan verməməyə, habelə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərənləri yuxarıda qeyd edilən tələblərə ciddi şəkildə əməl etməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən, o cümlədən Ermənistanın Azərbaycana qarşı qanunsuz qüvvələrdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırırıq. Bütün bu media nümayəndələrinə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası ilə bağlı Azərbaycan Respublikasının qayda və qanunlarına ciddi şəkildə riayət etməyi tövsiyə edirik.

Bundan əlavə, bütün aidiyyəti hökumətlərarası və qeyri-hökumət təşkilatları və inistitutları, jurnalistər, media işçiləri və əlaqəli səxslərin Ermənistan tərəfindən sonuncunun Azərbaycana qarşı hərbi təcavüzündə istismarının qarşısını almaq və bütün jurnalistlərin mülki statuslarına mənfi təsir göstərməmək üçün ciddi şəkildə qayda və qanunlara əməl etmələrini təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməyə çağırırıq".

111
Teqlər:
jurnalistlər, xarici, Azərbaycan XİN, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
İlham Əliyev Paşinyan barədə: "O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi"
Cəbhə jurnalistlərinin təhlükəsizliyi necə təmin olunub?
Dünyanın aparıcı KİV-ləri Azərbaycana dəvət edildi
Türkiyəli jurnalist cəbhə xəttində: “Qısa zamanda Qarabağda reportajlar çəkəcəyik”
Rəsmi Bakıdan "Le Monde" qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı açıqlama
Politoloq İlqar Vəlizadə

Politoloq: “Vaşinqton görüşü Minsk qrupunun sonrakı fəaliyyətinə təsir edə bilər”

36
(Yenilənib 10:22 22.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir
İlqar Vəlizadə: “ABŞ öz rolunda düzəlişlər etmək niyyətindədir”

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin gərgin mərhələsində öz rolunu dəqiqləşdirmək və düzəlişlər etmək niyyətindədir:

“Mayk Pompeo Ceyhun Bayramovla cari vəziyyəti və birgə addımların atılması haqqında müzakirələr aparacaq. ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir. Bu görüş Minsk qrupunun sonrakı fəaliyyətinə də müsbət təsir edə bilər”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

36
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Makron Putinə zəng etdi: Mövzu Qarabağdır
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Azərbaycan hərbçiləri, arxiv şəkli

Cəbhədə son durum: Ermənistan ordusu itki verərək Qubadlı istiqamətindən geri çəkilir

344
(Yenilənib 11:02 22.10.2020)
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

BAKI, 22 oktyabr - Sputnik. Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.
Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.
Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.
543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

344
Teqlər:
itkilər, fərari, Xocavənd, Hadrut, Zəngilan, Qubadlı, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Zəngilanın azad edilməsi Ermənistanın daha bir saxtakarlığına son qoyur
Ordumuz daha bir neçə kəndi və qəsəbəni işğaldan azad edib - Prezident
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

TƏBİB gənclərə xəbərdarlıq etdi

0
(Yenilənib 14:29 22.10.2020)
Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

BAKI, 22 oktyabr — Sputnik. "Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindirlər ki, xəstəliyi yüngül keçirəcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: "Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə alan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar".

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

0