Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov fransalı həmkarı ilə danışdı: Məsuliyyəti biz yox, Ermənistan daşıyır

65
(Yenilənib 16:58 02.10.2020)
Ceyhun Bayramov sentyabrın 27-də Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib. O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.

Ceyhun Bayramov sentyabrın 27-də Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli
© AFP 2020 / GONZALO FUENTES / POOL

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktına diqqəti cəlb edib. Bunun Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halının olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib.

Ceyhun Bayramov bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

65
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

19
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

19
Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli

İlham Əliyev: Biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq

26
Prezident İlham Əliyev deyib ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar.

28 oktyabr - Sputnik. Həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bəzi ekspertlər tərəfindən təklif olunan 2+2 formuluna (Ermənistan və Azərbaycan+ Türkiyə və Rusiya) münasibət bildirərkən deyib.

Bunun Azərbaycan üçün məqbul olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

"Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi".

26
Əlaqədar
İlham Əliyev: Hərbi qarşıdurmanın nə qədər davam edəcəyi erməni tərəfindən asılıdır