QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Prezidenti erməni xalqına müraciət etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan hərbçilərlə görüşüblər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan hərbçilərlə görüşüblər - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər, bu gün öz hökumətlərini məsuliyyətə cəlb etsinlər."

BAKI, 30 sentyabr — Sputnik. "Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər, bu gün öz hökumətlərini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpağına göndərməsinlər. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?"

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.

İlham Əliyev vurğulayıb ki, biz öz torpağımızda vuruşuruq, bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, yaralanır və biz öz torpağımızı azad edirik. Artıq dördüncü gündür, davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğalçılardan azad edib. Uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq, bu torpaqlarda öz bayrağımızı sancmışıq. Artıq bu torpaqlardan heç kim bizi çıxara bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev: Bayrağımızı sancdığımız bu torpaqlardan bizi heç kim çıxara bilməz

İlham Əliyev bəyan edib ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik: "Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, bütün binaları, tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik. Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Şuşa şəhəri, bizim müqəddəs ocağımız azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir, biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Buna bizim haqqımız çatır. Bunu edirik və edəcəyik".

Prezident qeyd edib ki, əgər erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin: "Çünki erməni xalqının bədbəxtçiliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur, kriminal rejim rəhbərlik edir. O rejim ki, yalnız şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir, burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır. O cümlədən minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşımızdır. Ona görə bizim davamız haqq davasıdır, biz haqlıyıq. Tarix, beynəlxalq hüquq, ədalət nöqteyi-nəzərdən biz haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur".

Xəbər lenti
0