Azərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Bayrağımızı sancdığımız bu torpaqlardan bizi heç kim çıxara bilməz

239
(Yenilənib 17:05 30.09.2020)
Prezident: Erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir.

BAKI, 30 sentyabr — Sputnik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə ordumuzun uğurlu əks-hücum əməliyyatlarından danışarkən bildirib.

Erməni xalqının bunu anlamalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik".

239

Prezident: "Bizi heç durdura bilməz"

6
(Yenilənib 21:27 28.10.2020)
İlham Əliyev: "Ermənistan əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək".

BAKI, 28 oktyabr - Sputnik. "Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün bir neçə kənd işğalçılardan azad edildi: "Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək".

"Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral

Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi - Səfir

11
(Yenilənib 19:18 28.10.2020)
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: "Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır"

BAKI, 28 oktyabr — Sputnik. "Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə Qurtuluş Savaşında qazandığımız böyük qələbəni taclandıran cümhuriyyətin 97-ci il dönümünü böyük bir coşğu ilə qeyd edirik. 100 il əvvəl Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, bu gün də Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır.

"Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın torpaqlarını azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldığı yurd-yuvalarına geri dönməsi üçün döyünür. Cümhuriyyəti bizə ərmağan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyə və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və xoşbəxtliyi uğrunda həyatını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə səfir qeyd edib.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə