BAKI, 29 sentyabr - Sputnik. Sentyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, telefon danışığı zamanı Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal altındakı torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.
Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.
“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:
“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.
Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.
Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.
Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub.