Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Yerevana İsgəndərlə bağlı mesaj verdi

366
(Yenilənib 16:39 28.09.2020)
Ceyhun Bayramov: "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə adekvat cavabı var."

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə adekvat cavabı var.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib. 

“Təəssüf ki, erməni tərəfindən hər şey gözləmək olar. Hərbi baxımdan cavab tədbirlərinin nə olacağını izah etmək mənim üçün çətindir. Əminəm ki, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafi Nazirliyinin nümayəndəsi  Artsun Ovannisyan “İskəndər” raket kompekslərindən və hücum təyyarələrindən istifadə edə biləcəklərini demişdi.

366
ABŞ Prezidenti Donald Tramp

Donald Tramp qələbə qazanacağına çox əmindir

16
"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olacaq birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində liderlik şansını dəyərləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o qarşıdan gələn seçkilərdə qələbə çalacağını dilə gətirib.

"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olan birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

Eyni zamanda Ağ Evin rəhbəri 4 il əvvəlki seçki kampaniyasının indikindən geri qaldığını qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərində artıq erkən səs verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ü keçiriləcək. Prezident Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından olan keçmiş vitse-prezident Cozef Baydendir.

16
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

16
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

0
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

0