Artilleriya atəşi, arxiv şəkli

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

610
(Yenilənib 10:27 27.09.2020)
Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir - Müdafiə Nazirliyi

BAKI, 27 sentyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir.

610
Raketin fraqmenti, arxiv şəkli

Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"

9
(Yenilənib 19:10 27.10.2020)
"İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur"

BAKI, 27 oktyabr - Sputnik. “ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Erməni qüvvələrinin açdıqları atəşin nəticəsi, arxiv şəkli

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı

18
(Yenilənib 18:35 27.10.2020)
Dinc sakinlərdən dörd nəfər həlak olub. Onlardan biri 2013-cü il təvəllüdlü qızdır. Xəsarət alanların sayı 7 nəfərdir

BAKI, 27 oktyabr - Sputnik. Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölən dinc sakinlərin sayı 4 nəfərə çatıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

18
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Jerar Depardye, arxiv şəkli

Fransalı aktyor Jerar Depardye müsəlmanlardan üzr istədi

0
(Yenilənib 18:36 27.10.2020)
Jerar Depardye: "Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz?"

BAKI, 27 oktyabr — Sputnik. Dünya şöhrətli fransalı kinoaktyor Jerar Depardye ölkəsində baş verən hadisələrdən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor mövcud Fransa hakimiyyətinin bacarıqsızlığından gileylənib. Eyni zamanda müsəlmanlara qarşı zorakılığı pisləyərək, onlardan üzr istəyib:

"Lənət şeytana, niyə mən həmişə siyasətə qatılmalıyam?

Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz? Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, onların inancına qarışırsınız? Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualdır. Ancaq bu mövzuya heç kəs və heç zaman toxunmur.

Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət bizi uçuruma aparır. Öz adımdan həmvətənlərimə və bütün müsəlman icmasına salam göndərirəm. Edilən təhqirlərə və nifrətə görə üzr istəyirəm. Hamını sülh içində yaşamağa dəvət edirəm".

Qeyd edək ki, aktyor Fransa Prezidenti Fransua Ollandın illik gəliri 1 milyon avrodan çox olan şəxslərdən 75 faiz vergi tutulmasını nəzərdə tutan vergi islahatından sonra yaşayış yerini dəyişməyə qərar vermişdi. O, Fransa pasportundan imtina edərək Belçika vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bəyan etmişdi.

2013-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fransız aktyor Jerar Depardyenin Rusiya Federasiyası vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalamışdı. Hazırda aktyor Rusiya vətəndaşıdır.

0
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar