BAKI, 25 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi xəbərdarlıq yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, səfirlik ABŞ vətəndaşlarına gərəkli səbəb olmadan Abşeron yarımadasının hüdudlarından kənara çıxmamağı tövsiyə edir. Bu xəbərdarlıq son günlər Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərgin olması ilə izah edilir. Səfirlik öz əməkdaşları və onların ailə üzvlərini Abşeron yarımadasını tərk etməmək barədə artıq təlimatlandırıb.
Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə, kütləvi toplantılarda ehtiyatlı olmağa çağırıb. Diplomatik korpus bildirib ki, təhlükəsizlik barədə vəziyyəti izləməyə davam edəcək və lazım olduqda əlavə məlumat yayacaq.
Tovuz istiqamətində gərginlik
İyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar.
Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.
Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.
20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.
Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.
Diplomat kiprli liderlərlə görüşdən sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.
“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.
Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.
BAKI, 6 mart — Sputnik. Ağ Evin sözcüsü ABŞ Prezidenti Co Baydenin niyə hələ də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurmadığı sualına cavab verib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ağ Evin sözcüsü Cen Psaki jurnalistlərə açıqlamasında Baydenin hələ də bir çox dünya liderinə zəng etməli olduğunu söyləyib: "Bayden önümüzdəki həftə və aylarda bu telefon görüşlərini həyata keçirəcək. Ərdoğan ilə də danışacağından əminəm".
Digər tərəfdən, Bayden və Ərdoğan arasındakı telefon görüşünün tarixi ilə bağlı heç bir məlumat verilməyib.
Adətən ABŞ-da prezidentlər dəyişəndən sonra Türkiyə, ilk telefon zəngi edilən ölkələr arasında yer alır. Lakin Baydenin vəzifəsinə başlamasından təxminən 50 gün keçməsinə rəğmən, Ərdoğan ilə danışıq olmayıb.
Xatırladaq ki, Ərdoğan ABŞ-da keçirilən prezident seçkisində qalib gələn Baydenə təbrik mesajı göndərmişdi: "İnanıram ki, indiyədək ölkələrimiz arasındakı güclü əməkdaşlıq və müttəfiqlik gələcəkdə də dünya sülhünə mühüm töhfələr verməyə davam edəcək".
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.