CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu, səfərbərlik deyil, adi təlimdir

© Sputnik / Murad OrujovMillət vəkili Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Qənirə Paşayeva deyib ki, təkcə hərbi vəzifəlilər deyil, universitet illərindən hərbi kafedralarda bu sahənin sirlərinə yiyələnmiş şəxslər də bu işə cəlb olunmalıdır.

BAKI, 21 sentyabr — Sputnik. Bir neçə gündür ki, sosial şəbəkələrdə hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlar paylaşılır. Çağırışçılar və onların ailələri bunu ölkədə hərbi səfərbərliyin başlaması ilə əlaqələndiriblər. Artıq sosial şəbəkələrdə də səfərbərliyin başlaması ilə bağlı məlumatlar paylaşılır. Məsələ ilə bağlı bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yayaraq çağırışın təlim məqsədiylə olduğunu qeyd edib. Bildirilir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Rəsmi qurumun açıqlamasından da göründüyü kimi, burada ajiotaj yaradacaq heç bir səbəb yoxdur, çağırışın hərbi səfərbərlik kimi qələmə verilməsi yanlışdır. Belə ki, ehtiyatda olan hərbi vəzifəlilər qanunvericiliyə uyğun olaraq təlim toplantılarına çağırılırlar. Müharibə şəraitində olan Azərbaycan üçün bu cür toplanışların keçirilməsi sülh şəraitində olan ölkələrlə müqayisədə daha aktual və vacibdir.

Hərbi qulluqçuların andiçmə mərasimi keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentin çağırışına səs verdilər: Minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. Bilirsiniz ki, biz müharibə şəraitində yaşayan ölkəyik. Torpaqlarımızın 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Bundan əlavə, işğalçı Ermənistan iyul ayında cəbhənin Tovuz rayonu istiqamətində təxribatlar törədib. Onlar bizim bir sıra strateji nöqtələrimizi ələ keçirməyə cəhd edib. Düşmən layiq olduğu cavabı alaraq geri otuzdurulub. Ancaq işğalçı Ermənistan arxasındakı bəzi güclərin dəstəyi ilə bu təxribatlarını davam etdirir. Yenə də Tovuz rayonu istiqamətində təxribata əl atıb və bu təxribatların qarşısı yüksək səviyyədə alınıb. Bizim Tovuz rayonundan olan qardaşımız şəhid olub. Bizim Bu gün tək Tovuzda deyil, Azərbaycanın hər tərəfindən yüzlərlə, minlərlə insanımız Ali Baş Komandanın əmrində olduqlarını bəyan edirlər. Tovuz hadisələrində minlərlə insan könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək hər an cəbhəyə getməyə hazır olduqlarını bildirmişdi. Kişili-qadınlı, oğullu-qızlı hər birimiz vətəni qorumağa hazır olmalıyıq".

Qənirə Paşayeva qeyd edib ki, hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə hərbi təlimə və yoxlanışlara çağırılmaları qanunla həmişə həyata keçirilir. Burada hər hansı ajiotaja ehtiyac yoxdur. Bu hadisələrə normal baxmalıyıq. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu cür təlimlərin keçirilməsi ajiotaja səbəb olmamalıdır.

"Hesab edirəm ki, sadəcə hərbi vəzifəlilər deyil, universitet illərindən hərbi kafedralarda bu sahənin sirlərinə yiyələnmiş şəxslər də bu işə cəlb olunmalıdır. Mən də o insanlardan biriyəm. Tovuz hadisələri zamanı özüm də könüllü şəkildə xidmətə müraciət etmişəm. Vətənimizə, dövlətimizə nə zaman lazım olsaq, hər bir azərbaycanlı buna hazır olmalıdır", - deyə millət vəkili əlavə edib.

Bu arada qeyd edək ki, hərbi vəzifəlilərin təlimlərə çağırılması prosesi başqa ölkələrdə də baş verir.

Xəbər lenti
0