Xarici İşlər naziri Ceyhun Bayramov və Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu arasında görüş

Nazir: Ermənistanla danışıqlar dalana dirənib

37
(Yenilənib 19:18 15.09.2020)
Nazirlə səfirin görüşündə Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb.

BAKI, 15 sentyabr — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ceyhun Bayramov Azərbaycan və Fransa arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan mübadilə və təmasların qarşılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub.

Səfir Zakari Qros Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xarici İşlər nazirinin Azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunması, o cümlədən Hökumətlərarası Iqtisadi Komissiyanın fəaliyyətinin əhəmiyyəti, eləcə də təhsil sahəsindəki uğurlu əməkdaşlığın Fransa-Azərbaycan Universiteti (UFAZ) timsalında uğurlu nümunəsini qeyd edərək bu xüsusda əlaqələrin gələcəkdə daha da genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub.

Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə, ərazilərə 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanmasının bu ölkənin yeni təxribatlarda maraqlı olduğunun göstəricisi olduğu vurğulanıb.

Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ökəsinin də narazı olduğunu qeyd edib.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

37
Əlaqədar
Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi, Məmmədyarov işdən çıxarıldı
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
Ceyhun Bayramov: "Ermənistan gərginliyi artırmaq üçün təxribata əl atır"
Ceyhun Bayramov: “Ermənistana silah verilməsi ciddi narahatlıq doğurub”
Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir etməlidirlər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda paradda, arxiv şəkli

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır Gündəmdə Qarabağ da var

19
(Yenilənib 11:24 28.01.2021)
Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.

 

BAKI, 28 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da başlayacaq iclas 2021-ci ildə ilk dəfə keçiriləcək.

İclas zamanı Aralıq dənizinin şərqindəki vəziyyət, həmçinin bu regionda gərginliyi azaltmaq üçün Yunanıstanla başladılan danışıqlar, terrorçularla mübarizə məsələsi müzakirə olunacaq.

Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.

19
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, iclas, Təhlükəsizlik Şurası, Qarabag, Azərbaycan, Türkiyә
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN ABŞ-a etiraz notası verib

17
(Yenilənib 08:37 28.01.2021)
Bu il 27 yanvar tarixində Xarici İşlər Nazirliyinə çağırılan ABŞ nümayəndəsinə etiraz notası təqdim olunaraq xəbərdar edilib ki, Rusiya tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxlayır

BAKI, 28 yanvar — Sputnik. “Rusiyadakı etiraz aksiyaları ilə bağlı saxta məlumatların yayılması ilə əlaqədar ABŞ səfirliyinin nümayəndəsinə nota təqdim edilib”.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Təxribat xarakterli mətnin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında etibarsız “saxta” məlumatların kütləvi şəkildə yayımlanması, öz növbəsində bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb”, - sənəddə belə deyilir.

“Bu il 27 yanvar tarixində Xarici İşlər Nazirliyinə çağırılan ABŞ nümayəndəsinə etiraz notası təqdim olunaraq xəbərdar edilib ki, Rusiya tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda vurğulanıb.

17
quş qripi

İndi quş qripi ilə bağlı xəbərdarlıq edildi

0
(Yenilənib 13:29 28.01.2021)
AQTA ilin fəslinə görə quşların miqrasiyasını nəzərə alaraq əhaliyə xəbərdarlıq edib və bir sıra qaydalara əməl etmələrı üçün tövsiyələrini açıqlayıb.

BAKI, 28 yanvar — Sputnik. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Buna görə də vətəndaşlar bir sıra qaydalara əməl etməlidirlər.

Agentlikdən qeyd edilib ki, ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması, ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.), quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi, quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması, quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi, qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi, təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s. kimi tədbirlərə əməl edilməlidir: "Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyə olunur".

0
Teqlər:
tövsiyə, AQTA, xəbərdarlıq, "quş qripi"