Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani

İlham Əliyev Həsən Ruhani videokonfrans formatında görüş keçirəcəklər

165
(Yenilənib 16:03 15.09.2020)
"Bu ilin martında İlham Əliyevin İrana səfəri gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə bağlı bu səfər baş tutmadı. Yaxın günlərdə baş tutacaq videokonfrans həmin səfəri əvəzləyəcək"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr - Sputnik. Yaxın günlərdə İran və Azərbaycan prezidentləri - Həsən Ruhani və İlham Əliyev və hər iki ölkədən olan nazirlərin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bildirib.

"İran və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Bizim 30-a yaxın layihəmiz var ki, biz onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bu layihələrə energetika, kənd təsərrüfatı, tibb və s. sahələrində layihələr daxildir. Düşünürəm ki, bu layihələrin icrası ilə ölkələrimizin iqtisayyatları bir-birlərinə daha sıx bağlanacaq", - deyə Seyid Abbas Musəvi bildirib.

Səfir qeyd edib ki, ötən gün iki ölkə arasında proporsional ticarətə dair danışıqlar aparıldı: "Ölkələr arasında nəqliyyat sahəsində, energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Bu müzakirələr ona görə aparılır ki, yaxın günlər ərzində iki ölkənin prezidentləri və nazirlərinin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. Bu ilin martında İlham Əliyevin İrana səfəri gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə bağlı bu səfər baş tutmadı. Yaxın günlərdə baş tutacaq videokonfrans həmin səfəri əvəzləyəcək. Ümid edirəm ki, bu videokonfransdan sonra İran və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək".

165
Teqlər:
görüş, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Prezident İlham Əliyev, Azərbaycan, İran, siyasət
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampa elə sərt cavab verdilər ki: "Türkiyədə deyilsiniz"

10
(Yenilənib 13:57 25.09.2020)
Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

BAKI, 25 sentyabr — Sputnik. Bura Amerikadır, bura demokratik ölkədir. Sputnik Türkiyə xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan sədri Nensi Pelosi Prezident Donald Trampın seçkilərdə məğlub olarsa, vəzifəsindən dinc yolla gedib-getməyəcəyinə dair sualı cavablandırmaqdan yayınması məsələsinə münasibət bildirərkən qeyd edib.

Vaşinqtonda üçüncü ən nüfuzlu şəxs hesab olunan Pelosi Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen Inı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı nümunə göstərərək, qeyd edib ki, "Trampın hökumətdəki rolunu uzun müddət artıranlara simpatiya bəsləyir".

"Amma sizə bunu xatırlatmaq istəyirəm. Cənab Prezident Şimali Koreyada deyilsiniz, Türkiyədə deyilsiniz, Rusiyada deyilsiniz, Səudiyyə Ərəbistanında deyilsiniz. Bura Amerikadır, bura demokratik ölkədir", - deyə Pelosi qeyd edib.

O, eyni zamanda Trampı öz prezidentlik səlahiyyətlərini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

O, daha əvvəl seçkinin nəticələrini qəbul edib-etməyəcəyi ilə bağlı sualı da cavabsız qoymuşdu.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ü baş tutacaq. Seçkidə əsas mübarizə ABŞ-ın hazırkı prezidenti Donald Tramp və Demokratlar partiyasının namizədi Co Bayden arasında gedəcək.

10
Teqlər:
Amerika, Səudiyyə Ərəbistanı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin, Türkiyə, ABŞ-ın dövlət başçısı Donald Tramp, ABŞ prezidenti Donald Tramp, Donald Tramp
Əlaqədar
Tramp İranı təhdid etdi – "1000 qat cavab verəcəksiniz"
Tramp “kartları” açır: Rusiya onu prezident görmək istəyir
Tramp seçkiləri rus təyyarə və silahlarının hesabına qazanmaq istəyir - FOTO
Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib
Tramp prezident seçkiləri üçün ən böyük təhdidi açıqladı
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Avropaya mesaj göndərdi: "Onlar bizə hücum etsələr, peşman olacaqlar"

232
(Yenilənib 13:34 25.09.2020)
Prezident: Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik.

BAKI, 25 sentyabr — Sputnik. "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər", - prezident deyib. 

Bütün bunları nümayiş etdirdiklərini, televiziya və internet vasitəsilə göstərdiklərini vurğulayan İlham Əliyev,  Ermənistanın beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymadığını və cinayət törətdiyini deyib:

"Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər".

İlham Əliyev kəşfiyyat mənbələrinə istinadla bildirib ki, Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

"Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - deyə İlham Əliyev qeyd edib.

232
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"
Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı
Prezident İlham Əliyev BMT-də nədən danışıb
DSX əsgəri, arxiv şəkli

DSX-dan əməliyyat: Qarabağ tərəfdən sərhədlərimizi pozan iranlılar saxlanıldı

0
(Yenilənib 14:19 25.09.2020)
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Kia Rio" markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Son müddət ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq "tiryək" və 950 qr "metamfetamin") aşkar olunaraq götürülüb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Kia Rio" markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

  • Saxlanılan şəxslər Babayev Əliağa Rəsul oğlu və Kazımzadə Nicat Zaur
    © State Border Service of Azerbaijan Republic.
  • Saxlanılan şəxslərdən götürülən bağlama
    © State Border Service of Azerbaijan Republic.
  • Saxlanılan şəxslərdən götürülən bağlama
    © State Border Service of Azerbaijan Republic.
1 / 3
© State Border Service of Azerbaijan Republic.
Saxlanılan şəxslər Babayev Əliağa Rəsul oğlu və Kazımzadə Nicat Zaur

Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsindədə İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal "silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə "dayan" əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb və ondan 1 ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr "heroin", 300 qr "metamfetamin", 1 qr "metadon" və 66 qr qurudulmuş "marixuana") aşkar edilib.

18 sentyabr tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal "silaha" komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerin­dən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilib, onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr "heroin", 994 qr "metamfetamin", 8789 ədəd "Metadon-40" həbi və 20 ədəd "Buprenorphine-2" həbi) aşkar edilib.

Hər üç fakt üzrə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində "həbs" qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0
Əlaqədar
Qusarda 1 ton narkotik "yabanı" şəkildə bitibmiş - Təbiətin möcüzəsi
DSX-dan növbəti əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Bərdədə ailə üzvlərini öldürən şəxsin məhkəməsi başlayır: O həm də narkotik becərirmiş