Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli

XİN: Mnatsakanyanın müsəlman ölkələri ilə dostluqdan danışması cəfəngiyatdır

24
(Yenilənib 13:28 15.09.2020)
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır.

BAKI, 15 sentyabr — Sputnik. "Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.

"Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonyan kimilərinin nümunəsində özünü göstərir.

1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.

Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın xarici işlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.

Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik", - deyə XİN-dən bildirilib.

24
Əlaqədar
Cəbhədə pulemyotlar susmur
Azərbaycan ordusunun giziri yaralanıb
Ermənistanın Azərbaycana qarşı ekoloji terroruna görə bəyanat yayıldı
ATƏT-in Minsk Qrupu bəyanat yayıb
Paşinyanın qohumu etiraf elədi: suyu Azərbaycana axmağa qoymayacağıq
İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədov

Azərbaycan Türkmənistan xalqlarının həyatında tarixi hadisə baş verib - Berdiməhəmmədov

11
(Yenilənib 10:55 24.01.2021)
Berdıməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir. 

BAKI, 24 yanvar - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisə olduğunu bəyan edib. 

Sputnik Azərbaycan Türkmənistan mediasına istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir. 

Türkmənistan Prezidenti qeyd edib ki, Anlaşma Memorandumu Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə güclü stimul verir. 

11
Teqlər:
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Qurbanqulu Berdiməhəmmədov
Donald Tramp, arxiv şəkli

İran Donald Trampdan intiqam almaq niyyətindədir

17
Paylaşımda ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

 

BAKI, 24 yanvar — Sputnik. İranın dini lideri ayətullah Əli Xamenei "Twitter" hesabında paylaşdığı bir şəkil ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampı hədələyib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, paylaşımda Donald Trampa bənzər bir qolfçu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınmış şəkildə göstərilib.

Xameneinin Trampı təhdid edən paylaşımında ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

 Bu paylaşımdan sonra "Twitter" qaydaların pozulduğunu əsas gətirərək Xameneinin hesabını dayandırıb.

"Twitter" daha əvvəl Trampın hesabını şiddətə təhrik etmə riski səbəbindən bağlamışdı.

Xatırladaq ki, 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülmüşdü. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdi.

 

17
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

0
(Yenilənib 23:50 24.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

0
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları