CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə səfiri: "Azərbaycanın Türkiyəni dəstəkləməsi Ankaraya güc verir"

© Sputnik / Murad OrujovTürkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral - Sputnik Azərbaycan
Abunə olmaq
"Qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Ankaraya güc verir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O vurğulayıb ki, Türkiyə Azərbaycanın dəstəyi ilə fəxr edir: "Qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik".

Səfir eyni zamanda qeyd edib ki, Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza və mənfəətlərimizə əsaslanır.

Xəbər lenti
0