CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədə pulemyotlar susmur

© AFP 2023 / MOHAMMED HUWAISОбстрел из пулемета, фото из архива
Обстрел из пулемета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

BAKI, 15 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı və Ağdam kəndlərində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, işğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0